Mobil versiya
Rusiyanın Azərbaycandakı hərbi attaşesi dəyişib
Tarix: 08-12-2015 | Saat: 21:24
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər


Zakir Həsənov Vladimir Doroxinlə görüşüb.

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxinlə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, görüşdə Azərbaycanla Rusiya arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirildiyi bildirilib, illik əməkdaşlıq planına əsasən müdafiə nazirlikləri nümayəndə heyətləri arasında keçirilən işçi görüşlər, Xəzər dənizində iki ölkənin hərbi gəmilərinin qarşılıqlı səfərlər və təlimlər qeyd olunub.

Səfir V. Doroxin ölkəsinin Azərbaycana yeni təyin olunmuş hərbi attaşesi polkovnik İqor Lobastovu Z. Həsənova təqdim edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024