Mobil versiya
İlham Əliyev: Azərbaycan dünya kosmik ailəsinə qoşulub
Tarix: 2-12-2015, 21:25 | Saat: 15:47:00
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

İlham Əliyev: Azərbaycan dünya kosmik ailəsinə qoşulub
“Respublikamız bu sahədə dinamik inkişaf edən ölkələr sırasındadır”.

Prezident İlham Əliyev “BakuTel - 2015” 21-сi Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi və konfransının iştirakçılarını təbrik edib.

“Hörmətli sərgi və konfrans iştirakçıları!

Sizi səmimi qəlbdən salamlayır və “BakuTel – 2015” 21-ci Azərbaycan beynəlxalq sərgi və konfransının işə başlaması münasibətilə təbrik edirəm.

Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində dinamik inkişaf edən ölkələr sırasındadır. Respublikamızda informasiya cəmiyyətinin əsaslarının qurulması yolunda mühüm addımlar atılır. Genişzolaqlı internet xidmətlərinin, ən yeni texnologiyaların istifadəsi və rəqəmli televiziya yayımı genişləndirilir, müasir idarəetmənin təmin olunması və şəffaflığın gücləndirilməsi üçün “elektron hökumət” quruculuğu istiqamətində ardıcıl iş aparılır. “Bir pəncərə” prinsipi üzrə təşkil edilmiş elektron xidmətlərin istifadəçilərinin sayı sürətlə artmaqdadır.

Ölkəmiz “Azerspace-1” və “Azersky” peyklərini orbitə çıxararaq dünya kosmik ailəsinə qoşulmuşdur. Azərbaycanın təşəbbüskarı olduğu və mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilən “Trans-Avrasiya Böyük İnformasiya Magistralı” və “Avropa – Yaxın Şərq İnformasiya Magistralı” layihələri uğurla həyata keçirilir. Texnologiya parklarının yaradılması, qabaqcıl texnologiyaların təhsildə tətbiqi, istehsal və investisiya yönümlü innovativ layihələrə dövlət dəstəyi ölkədə və regionda yüksək texnologiyalar sektorunun inkişafına xidmət edir.

Ənənəvi xarakter almış bu sərgi və konfrans son nailiyyətlərin nümayişi, təcrübə mübadiləsi və işgüzar əlaqələr baxımından böyük imkanlara malikdir. Bu il milli pavilyonları ilə təmsil olunan ölkələrin sayının daha da çoxalması tədbirinizin əhatə dairəsinin genişləndiyini göstərir. Əminəm ki, iştirakçı dövlətlərin təmsilçiləri, alimləri, mütəxəssisləri, ictimaiyyət və biznes nümayəndələri arasında səmərəli görüşlər, konfransda dinləniləcək məruzə və çıxışlar beynəlxalq əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşməsinə öz töhfəsini verəcəkdir.

Sizə bu məsul və şərəfli işinizdə yeni uğurlar arzulayıram”.



5516 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

11-12-2019
10-12-2019
«    Декабрь 2019    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031