Mobil versiya
Rusiyada Qələbə paradı keçirilib - Yenilənib - VİDEO
Tarix: 9-05-2018, 12:35 | Saat: 15:47:00
Bölmə:Manşet / Maraqlı | çapa göndər

Rusiyada Qələbə paradı keçirilib - Yenilənib - VİDEO


Rusiyanın paytaxtı Moskvada faşizm üzərində qələbənin 73-cü ildönümü təntənə ilə qeyd edilib.

aia.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Böyük Vətən Müharibəsində qazanılan Qələbə münasibətilə Moskvada hərbi parad keçirilib. Paradı izləmək üçün minlərlə insan Qırmızı meydana toplaşıb. Paradda Rusiya prezidenti Vladimir Putin və baş nazir Dmitri Medvedevlə yanaşı bir çox dövlət rəsmiləri iştirak ediblər.

13 mindən çox hərbçi, 159 döyüş texnikası, 75 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə naziri prezidentə bütün növ qoşunların məruzə etdikdən sonra hərbi parad başlayıb. Öncə hərbi məktəblərin kursantları, hava və quru qoşunların əsgər və zabitləri, dəniz qoşunları, daxili qoşunların əsgərləri parada çıxıb.

Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular da paradda iştirak ediblər.

Rusiya Silahlı Qüvvələrinin quru, hava və dəniz qoşunları, xüsusi təyinatlılarının iştirak etdiyi paradda "Smerç” reaktiv yaylım sistemləri, "Pantsir-S” və "S-400" zenit-raket kompleksləri, "İsgəndər-M” raketləri kimi silah və hərbi-texnika nümayiş olunub. Parad eyni zamanda Rusiya ordusunun gücünü nümayiş etdirmək məqsədi daşıyıb. Moskva ilə yanaşı, Rusiyanın müxtəlif şəhərlərində də hərbi paradlar keçirilib.(azvision.az)

aia.az



aia.az



5817 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

15-10-2019
14-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031