Ağdam – cəbhəyanı bölgəmizdə inkişaf davam edir
Tarix: 08-05-2018 | Saat: 12:27
Bölmə:Manşet / Ölkə / Seçilənlər-1 | çapa göndər
Rayon rəhbərliyiqarşıda duran vəzifələrin səmərəli icrasını təmin etmək üçün mövcud olan bütün resurs və potensialları səfərbər etmişdir
May ayının 10-da bütün xalqımız kimi, ağdamlılar da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünü böyük ruh yüksəkliyi ilə qeyd etməyə hazırlaşırlar. Bu məqsədlə artıq neçə gündür ki, rayon rəhbərliyi, dövlət qurumları və yerli ictimai təşkilatlar tərəfindən müvafiq hazırlıq işləri aparılır. Rayonun əmək kollektivlərinin, ziyalıların, ağsaqqalların və veteranların, gənclərin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçiriləcək geniş tədbirlər planı hazırlanır.
Bu gün ağdamlılar qarşıdan gələn hər iki möhtəşəm tarixi, həm Ulu Öndərimizin anadan olmasının 95-ci ildönümünü, həm də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini böyük nailiyyətlərlə qarşılamağa hazırdırlar. Qeyd olunmalıdır ki, hələ də ərazisinin böyük bir hissəsi müvəqqəti olaraq işğal altında olan Ağdam rayonunda bütün çətinliklərə baxmayaraq,sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində kifayət qədər böyük işlər görülür. Əlbəttə ki, əldə olunan uğur və nailiyyətlər ilk növbədə rayon sakinlərinin yenilməzliyinin və regionların iqtisadi inkişafını nəzərdə tutan dövlət proqramlarında qarşıya qoyulmuş vəzifələrin icrası baxımından rayon rəhbərliyinin məqsədyönlü fəaliyyətinin nəticəsidir. Əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, Ağdam RİH-nin başçısı cənab Raqub Məmmədov ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş öhdəlik və vəzifələrin səmərəli icrasını təmin etmək üçün mövcud olan bütün resurs və potensialları səfərbər edə bilmişdir.
Qısa arayış:
Raqub Məmmədov 1961-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Xıdırlı kənd orta məktəbində oxumuşdur.1978-ci ildə Azərbaycan Kənd Təsərrüfatı institutuna daxil olmuş, 1983-cü ildə oranı bitirmişdir. 1983-1986-cı illərdə Ağdam Rayon “İnqilab” üzümçülük sovxozunda mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. 1986-1987-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində İkinci katib, 1987-1991-ci illərdə Azərbaycan LKGİ Ağdam Rayon Komitəsində Birinci katib, 1991-1992-ci illərdə Azərbaycan Respublikası Gənclər Birliyi Ağdam rayon təşkilatında sədr vəzifəsində işləmişdir. 1993-2014-çü illərdə Azərbaycan Respublikası MT orqanında xidmət etmişdir. Yeni Azərbaycan Partiyasinin üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2014-cü il tarixli, 394 saylı Sərəncamı ilə Ağdam Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Quzanlı müasirləşir, gözəlləşir
Məum olduğu kimi, Ağdam şəhərinin müvəqqəti işğal altında olması səbəbindən, bu gün rayonun inzibati mərkəzi funksiyasını Quzanlı qəsəbəsi yerinə yetirir. Hazırda qəsəbədə aparılan tikinti-quruculuq işləri də böyük vüsət almışdır. Ağdam rayonunun 2018-ci ilin birinci rübü üzrə sosial-iqtisadiinkişafının yekunları və qarşıda duran vəzifələr barədə Raqub Məmmədovun verdiyi hesabat-məruzəsində də qeyd olunduğu kimi, bu gün Quzanlıda təməli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qoyulmuş, ümumi sahəsi 1800 kvadrat metr, 328 nəfərlik zalı, foye, qalereya, qrim və gözləmə otaqları olan, Azərbaycan muğamının təbliğinə və onun yaşadılmasına xidmət edən Muğam Mərkəzinin tikintisi davam etdirilir. Hazırda binada son tamamlanma işləri aparılır.
Bundan başqa qəsəbədə 360 şagird yerlik orta məktəbin tikintisi işləri davam etdirilir.
Nəhayət, rayon sakinlərinin böyük əksəriyyətinin səbirsizliklə gözlədikləri 29 min nəfər əhalini əhatə edən 1 qəsəbəni, 10 kəndi və 3 məcburi köçkün qəsəbəsini birləşdirən, uzunluğu 25,3 km olan Quzanlı- İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan avtomobil yolunun tikintisi başa çatırılmış və istifadəyə verilmişdir.
Həmçinin Quzanlı qəsəbəsində Boks və Taekvando məktəblərinin yeni inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılmış, layihələndirmə işləri aparılır.
Bundan başqa, 2018-ci ilin birinci rübü ərzində rayon ərazisində məcburi köçkünlərin yaşadığı 12 evdə təmir işləri aparılmışdır.Qəsəbə ərazisində Ağdam Elekrik Şəbəkəsinin, Əmlak komitəsinin yerli şöbəsinin, Polis şöbəsinin, Ağdam Rayon Prokurorluğunun və Ağdam rayon məhkəməsinin inzibati binalarının tikintisi üçün torpaq sahələri ayrılmışdır.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 fevral 2018-ci il tarixli 3683 saylı Sərəncamı ilə Ağdam rayonu 96 şagird yerlik 85 saylı köçkün tam orta məktəbin bazasında yeni modul tipli məktəbin qurulması üçün torpaq sahəsi də ayrılmışdır.
Ağdam Rayon İcra Hakimiyyətinin inzibati binasının 3-cü mərtəbəsində tikinti işləri başa çatdırılmış və istifadəyə verilmişdir.
İnsanların həyat şəraiti yaxşılaşır
Əvvəlki vaxtlarda olduğu kimi, 2018-ci ilin birinci rübü ərzində də Ağdam əhalisinin həyat şəraitinin yaxşılaşdırılması, faziləsiz elektrik enerjisi, təbii qaz və su ilə təminatının ödənilməsi, göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin yüksəldilməsi üçün bir sıra tədbirlər görülmüşdür.
Ağdam Elektrik Şəbəkəsiayrı-ayrı 10 kv-luq hava xətlərində təmir işləri aparılmışdır.Bunun da nəticəsində 2018-ci ilin birinci rübü ərzində rayon üzrə 14497800 manat vəsait toplanmışdır ki, bu da alınan enerjinin 76 %-ni təşkil edir.
Tərtər RQİİ-nin Ağdam Xidmət Sahəsi 2018-ci ilin birinci rübü ərzində Əhalinin təbii qazla fasiləsiz təmin edilməsi üçün tədbirlər davam etdirilmişdir. Əhaliyə satılmış qazın dəyərinin 943357 manatı yığılmışdır ki, buda 98.3 faiz təşkil edir.3 ay ərzində 10 ədəd SQTM tipli qaz tənzimləyiciləri quraşdırılmışdır.
Əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün bir sıra tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, köçkün qəsəbələrin ərazisində 7 ədəd nasos təmir edilmiş və 430 metr boru xətti bərpa edilmişdir.
Əhaliyə göstərilən xidmətlərin, o cümlədən rabitə xidmətlərinin genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, müasir texnologiyanın tətbiqi üçün tədbirlər davam etdirilmişdir.
Əfətli və Evoğlu kəndlərində 70 ədəd rabitə dirəyi basdırılaraq xətt şəbəkəsi tam təmir olunmuş, bu işlər digər yaşayış məntəqələrində də davam etdirilir. Rüb ərzində 56 ədəd yeni telefon çəkilmiş, 208 ədəd yüksək sürətli internet portunun satışı aparılmışdır.Rüb ərzində əhaliyə 45 min manatlıq rabitə xidməti göstərilərək proqnoza 123 faiz əməl olunmuşdur.Ağdam Poçt filialı üzrə 2018-ci ilin birinci rübü ərzində plana 103 faiz əməl edilmişdir.
Ümumi məhsul istehsalının həcmi artır
İlkin hesablamaya əsasən rayon üzrə 2018-ci ilin birinci rübü ərzində ümumi məhsul istehsalının həcmi 18,8 milyon manat olmuş, 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 0,9 min manat və ya 5 faiz artmış, sənaye məhsulunun ümumi həcmi 3,9 milyon manat, kənd təsərrüfatı məhsulunun həcmi 9,1 milyon manat, ticarətin dövriyyəsi 3,8 milyon manat, informasiya və rabitə xidməti 92,7 min manat, nəqliyyat və anbar təsərrüfatı 307,0 min manat olmuş, 2018-ci ilin 3 ayı ərzində tikinti quraşdırma işlərinin həcmi 1,6 milyon manat olmuşdur.
Ağdam rayon Vergilər şöbəsi üzrə 2018-ci ilin birinci rübü ərzində 936,9 min manat proqnoza qarşı 982,6 min manat və ya 104,9 faiz əməl olunmuşdur. Büdcəyə 45,7 min manat əlavə vəsait daxil olmuşdur.
Rayon Maliyyə idarəsinin fəaliyyəti üçün 2018-ci ilin birinci rübü ərzində dövlət büdcəsindən verilən dotasiya 1025,4 min manat proqnoza qarşı 1219,0 min manat və ya 118,9 faiz, ümumi xərclər üzrə 2566,6 min manat proqnoza qarşı 1816,6 min manat və ya 70,8 faiz olmuşdur.
Kənd təsərrüfatının inkişafı xüsusi diqqət mərkəzindədir
2018-ci ilin birinci rübündə Ağdamın iqtisadiyyatınınəsasınıtəşkil edən kənd təsərrüfatı sahəsində bir sıra işlər görülmüşdür.Hal-hazırda rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan 12 kəndli fermer təsərrüfatı, 200 nəfərə yaxın hüquqi və fiziki şəxs, 8500 ailə təsərrüfatı vardır.Rayonda kənd təsərrüfatı məhsullarının əkilib becərilməsində kənd əməkçilərinin çətinlikləri nəzərə alınaraq “Aqrolizinq” ASC-nin Bərdə regional Nümayəndəliyinin Ağdam rayon bölməsinin fəaliyyəti xeyli gücləndirilmişdir. Mövcud texnikalardan səmərəli şəkildə istifadə olunmuşdur. Cari ilin birinci rübündə Ağdam rayon bölməsinin balansında olan texnikalar və daxil olan mineral gübrələrin güzəştli satışı təşkil olunmuşdur.Bitki mühafizə mərkəzinin mütəxəsisləri tərəfindən mövcud kənd təsərrüfatı bitkilərində xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirlərinin aparılması təmin edilmişdir. Rayonun ərazisində 3800 hektar taxıl sahəsində alağa qarşı, 3100 hektar sahədə isə siçanabənzər gəmiricilərə qarşı kimyəvi mübarizə tədbirləri aparılmışdır.
Əminliklə demək olar ki, Ağdam rayonunun sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, geniş abadlıq və quruculuq işlərinin aparılması bundan sonra da uğurla davam etdiriləcək.
aia.az
Mehman Əsədov
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ