Mobil versiya
“Heç kim üzr gözləməsin“ - Davudoğlu
Tarix: 30-11-2015 | Saat: 17:43
Bölmə:Siyasət / Manşet / Karusel | çapa göndər

“Heç kim üzr gözləməsin“ - Davudoğlu
“Heç bir dövlət öz üzərinə düşən vəzifəni yerinə yetirdiyi üçün üzr istəməz”

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyənin baş naziri Əhməd Davudoğlu Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi görüşdən sonra deyib.

Ə. Davudoğlu bildirib ki, Türkiyənin hava məkanı ölkənin suverenliyinin bir hissəsidir: “Rusiya təyyarəsinin vurulması özünümüdafiə addımı idi. Heç bir ölkə öz vəzifəsini yerinə yetirdiyi üçün üzr istəməz. Ordumuz öz vəzifəsini yerinə yetirdi. Heç bir ölkə öz işimizi yerinə yetirdiyimiz üçün bizdən üzr gözləməsin”.

Ə. Davudoğlunun sözlərinə görə, Türkiyənin gərginliyi artırmaq niyyəti yoxdur: “Hər səviyyədə Rusiya ilə görüşlərə hazırıq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024