Mobil versiya
Prezident İlham Əliyevin inamlı qələbəsi ADAU-da böyük coşqu ilə qeyd olunub
Tarix: 16-04-2018 | Saat: 14:14
Bölmə:Manşet / Təhsil / Seçilənlər-5 | çapa göndər






Aprel ayının 11-də keçirilmiş növbəti prezident seçkilərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamlı qələbəsi bütün xalqımız tərəfindən böyük coşqu və sonsuz sevinclə qarşılandı. Azərbaycan xalqı bir daha öz sarsılmaz iradəsini bütün dünyaya nümayiş etdirərək inkişafa, sabitliyə və xoşbəxt gələcəyə səs verdi. Prezident İlham Əliyevin mütləq səs çoxluğu ilə bu seçkilərdə də qalib gəlməsi Azərbaycanda xalq – iqtidar birliyinin daha bir parlaq təzahürü oldu.
Əlbəttə ki, bu möhtəşəm qələbə münasibətilə ölkəmizin bütün şəhər və bölgələrində şənliklər keçirildi, konsert proqramları təşkil olundu, əsil bayram tədbirləri düzənləndi. Bir sözlə, Azərbaycan özünün növbəti qələbəsini böyük coşqu ilə qeyd etdi.

O cümlədən, prezident seçkilərində cənab İlham Əliyevin qələbəsi münasibətilə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) də silsilə tədbirlər keçirilmiş, qurbanlar kəsilmişdir. Universitetin bütün müəllimləri, laborant-texniki heyətin üzvləri, tələbələr qazanılmış qələbənin sevincini böyük coşqu ilə qarşılayıblar. İnzibati binada çalışan işçilərlə görüşlə başlayan tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək qeyd edib ki, cənab İlham Əliyevin aqrar sahəyə və aqrar təhsilə diqqəti və qayğısı nəticəsində təhsil müəssisəsinin maddi-texniki bazası ən müasir standartlara uyğun yenidən qurulmuş, iki tələbə evi gənclərin istifadəsinə verilmişdir. 2016 və 2017-ci illərdə cənab İlham Əliyevin universitetin tələbə evlərinin açılışında iştirak etməsi, müasir laboratoriyaların, avadanlıqların alınması, tədris korpuslarının istifadəyə verilməsi universitet kollektivi tərəfindən çox yüksək qiymətləndirilir. İbrahim Cəfərov xüsusi olaraq vurğulamışdır ki, universitetin hər bir əməkdaşı və hər bir tələbəsi dövlət başçısının bu diqqət və qayğısını daim hiss edir.Görüşdə inizibati binada çalışan işçilərin əmək haqlarının artırılması barədə qərar qəbul olunub. Kəsilən qurbanlar isə, universitetin texniki işçiləri arasında paylanılıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi seçki öncəsi keçirilən təbliğat kampaniyasının gedişində də öz aktivliyi ilə seçilib. Universitetin Dillər kafedrasının əməkdaşları prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə dəstək məqsədi ilə xüsusi videoçarx da hazırlamışdılar.
ADAU-nun rəsmi saytında isə, Azərbaycan Respublikasının Prezidenti, Zati-aliləri cənab İlham Əliyevə ünvanlanmış təbrik müraciəti yerləşdirilmişdir. Həmin müraciətdə deyilir:

"Möhtərəm cənab Prezident,
Azərbaycan Dövlət Aqrar Universitetinin rektorluğu, ictimai təşkilatları, professor-müəllim heyəti və tələbələri adından Sizi 2018-ci il aprelin 11-də keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində ən yüksək göstəricilərlə uğurlu qələbə qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Bir əsrə yaxın şərəfli və zəngin tarixi olan Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivi Sizin son 15 ildə həyata keçirdiyiniz çoxşaxəli daxili və xarici siyasətinizi ürəkdən bəyənir və dəstəkləyir. Universitetin maddi-texniki bazasının möhkəmləndirilməsinə, professor-müəllim heyəti və tələbələrə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm.
2016-cı il fevralın 17-də və 2017-ci il noyabrın 10-da dünya standartlarının tələblərinə uyğun inşa edilmiş iki tələbə yataqxanasının açılışlarında iştirakınız, Universitetin inkişafı üçün tövsiyə və tapşırıqlarınız kollektivimiz tərəfindən böyük məmnuniyyətlə qarşılanmış, onları daha yaxşı işləməyə ruhlandırmışdır.
Sizi əmin edirəm ki, alimlərimiz bundan sonra da bilik və bacarıqlarını müasir əmək bazarının tələblərinə cavab verə biləcək yüksəkixtisaslı aqrar mütəxəssislərin hazırlanmasına yönəldəcəklər.

Möhtərəm cənab Prezident,
Sizi bir daha ürəkdən təbrik edir, Sizə, ailənizə möhkəm cansağlığı, uzun ömür, memarı və qurucusu Ulu öndərimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycanımızın daha da tərəqqisi naminə yeni-yeni uğurlar arzu edirəm.

Səmimi hörmətlə, ADAU-nun rektoru İbrahim Cəfərov
"

aia.az

Hazırladı: Orxan Həsənov



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024