Mobil versiya
İnsanlara məlum olmayan yeni yırtıcı - ev heyvanlarının qanını içir
Tarix: 02-04-2018 | Saat: 09:58
Bölmə:Karusel / Media | çapa göndər

İnsanlara məlum olmayan yeni yırtıcı - ev heyvanlarının qanını içir


Ev heyvanlarına hücum edən yırtıcı-mutantın Ukraynada da peyda olduğu haqda xəbərlər dolaşır

Kosta-Rikanın Kaquas şəhəri ətrafında ev heyvanlarının qanını içən yırtıcı peyda olub.

Biosfer.az xəbər verir ki, həmin yırtıcı dovşandan tutmuş keçiyə qədər bütün ev heyvanlarına hücum çəkir. Bu barədə demək olar hər həftə yerli qəzetlərdə xəbərlər dərc olunur.

Əhali arasında yayılan şayiələrə görə, yırtıcı qırmızı gözlü uçan keçiyə bənzəyir. Bəziləri iddia edir ki, tüklü bədheybət həmçinin inəklərə və hinduşkalara da hücum edir.

Yerli icra orqanları 35 ev heyvanının cəsədini aşkarlayıb. Könüllülər dəfələrlə silahla yırtıcının ovuna çıxsa da, bir nəticə olmayıb.

Bəziləri hücumun bu mövsüm yabanı meyvə qıtlığından əziyyət çəkən ətraf meşələrdəki meymunlar tərəfindən törədildiyini iddia etsə də, zooloqlar bu versiyanı təkzib edir və elmə məlum olmayan mutant versiyası üzərində dayanır.

Ev heyvanlarına hücum edən yırtıcı-mutantın Ukraynada da peyda olduğu haqda xəbərlər dolaşır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024