Mobil versiya
Sosial evlərin təmir nümunələri təqdim olundu - VİDEO
Tarix: 2-04-2018, 09:53 | Saat: 15:47:00
Bölmə:Ölkə / Seçilənlər-4 | çapa göndər

Sosial evlərin təmir nümunələri təqdim olundu - VİDEO




Prezidentin Fərmanı ilə təsdiq edilmiş Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydasına uyğun olaraq, Agentlik tərəfindən Yasamal Yaşayış Kompleksinin ilk mənzillərinin satışına hazırlıq məqsədilə görülən işlər çərçivəsində təmir nümunələri təqdim olunur.

Təmiri başa çatdırılmış ilk mənzillərin görüntülərini təqdim edən video-çarx ilə Agentliyin www.mida.gov.az internet-saytının ana səhifəsində "təmir nümunələri” keçidi vasitəsilə tanış olmaq mümkündür.

Yasamal Yaşayış Kompleksinin mənzilləri 2 növ təmir ilə təmin edilir. Təmir növləri dizayn və rəng seçimi ilə fərqlənir. Bütün mənzillərin təmirində yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunur və aparılan təmirin keyfiyyətinə ciddi nəzarət edilir.

Yaşayış kompleksinin bütün mənzilləri tam təmirli və istismara hazır vəziyyətdə vətəndaşlara təklif ediləcək. Güzəştlə satılacaq bu mənzillər mətbəx mebeli ilə birlikdə təhvil veriləcək. Bununla yanaşı, bütün mənzillər kombi isitmə sistemi ilə, habelə su, qaz və işıq sayğacları ilə təmin edilir. Eyni zamanda, hər bir mənzilə rabitə, televiziya və internet xətləri də çəkilir.

Agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Komleksinin hər bir mənzilinin texniki göstəriciləri, təmiri və istifadə olunan inşaat materialları, habelə kompleksin baş planı və ərazisində yaradılan infrastruktur barədə daha ətraflı məlumat www.yasamal.mida.az internet səhifəsində təqdim olunub.

aia.az




5781 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

14-11-2019
13-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930