Mobil versiya
Bakı metrosunda yeni turniketlər quraşdırılır
Tarix: 27-02-2018 | Saat: 11:22
Bölmə:Ölkə | çapa göndər

Bakı metrosunda yeni turniketlər quraşdırılır


"Bakı Metropoliteni” QSC-də təchizatın müasir standartlar səviyyəsində qurulması və buna uyğun olaraq, kadr potensialının gücləndirilməsi, beynəlxalq təcrübənin artırılması məqsədilə daha bir istiqamətdə mühüm addım atılır.

Qurumun mətbuat xidmətindən aia.az-a verilən məlumata görə, Türkiyənin "KentKart EGE Elektronik” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, metropolitenin yenidənqurulan stansiyalarının vestibüllərində avtomat buraxılış-nəzarət məntəqələrində (ABNM) yeni tipli turniketlər quraşdırılır. Bu günlərdə yeni alınan qurğuların idarə edilməsi sistemlərinin proqram təminatının daha da dərindən öyrənilməsi məqsədilə metropolitenin bir qrup əməkdaşı Türkiyənin İzmir şəhərinə ezam olunub. Təlim-tədris prosesinin daha məhsuldar və keyfiyyətlə təşkil edilməsi məqsədilə səfər iki qrupda təşkil edilib.


Birinci səfər zamanı əməkdaşlar ABNM-lərin ümumi iş prinsipi, turniketlərin nəzarət blokunun proqram təminatı və digər iş prinsipləri, turniketlərin mexanizminin, optik ötürücünün tənzimlənməsi və proqramlaşdırılmasının, turniket validatorunda mümkün nasazlıqların aradan qaldırılmasının öyrənilməsində yaxından iştirak edib, fikir və təcrübə mübadiləsi aparıblar.
Metropolitençilər şirkətin informasiya və kommunikasiya texnologiyaları əməkdaşlarının keçdiyi təlimdə də iştirak ediblər. Təlimdə turniketlərdə sistem və inzibati əməliyyatların tətbiqi, validatorda tarifin dəyişdirilməsi, yeni turniketlər quraşdırıldıqda və yaxud əlavə edildikdə onların proqramlaşdırılması və bazaya əlavə olunması kimi məsələlər geniş müzakirə olunub.

İkinci qrupa daxil olan əməkdaşlar təlimlərdə qeyd olunan biliklərin mənimsənilməsi ilə yanaşı, texniki prosesin tətbiqini, o cümlədən turniketlərin validatorlarının LED panelinin dəyişdirilməsi və quraşdırılması, mexanizmlərin tənzimlənməsi və təmiri prosesini mənimsəyiblər. Təlimlərə qatılan əməkdaşlara "KentKart EGE Elektronik” şirkəti tərəfindən xüsusi sertifikatlar təqdim olunub.



Qeyd edək ki, Bakı metropolitenində 2015-ci il avqustun 8-dən vahid ödəniş kartlarının istifadəsinə başlanılıb. Metropolitenin yenidən qurulan stansiyalarında müasir tələblərə cavab verən turniketlərin quraşdırılması prosesi də davam etdirilir. Aparılan təhlillərə əsasən, gur saatlar, xüsusən də kütləvi-mədəni tədbirlərin təşkili zamanı "Sahil ”, "Gənclik” və "Koroğlu” stansiyalarında sərnişinlərin rahatlığını təmin etmək məqsədilə, ABNM-lərdə əlavə turniketlər quraşdırılıb. Təmir olunan "Xətai” və "Bakmil” stansiyalarında müvafiq turniketlərin quraşdırılması nəzərdə tutulub. Sərnişin axınının təhlillərinə əsasən, gələcəkdə digər stansiyalarda əlavə turniketlərin quraşdırılmasına ehtiyac yaranarsa, bu tip qabaqlayıcı addımlar atılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024