Oğuz Gəncləri ilə deputatın daha bir görüşü
Tarix: 21-02-2018 | Saat: 14:46
Bölmə:Ölkə | çapa göndər
21 fevral 2018-ci il tarixdə Oğuz rayonunda olan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, xanım Aqiyə Naxçıvanlı Oğuz Gəncləri ilə dəyirmi masa arxasında görüş keçirmişdir. Tədbirdə rayonun təhsilində, elmi-pedaqoji fəaliyyətində, idman sahəsində fərqlənən qabaqcıl gənclər, istehsalatda, mədəniyyət sahəsində, ictimai işlərdə fəallıq göstərən aktiv insanlar iştirak etmişdir. Oğuz gənclərini salamlayan millət vəkili onlarla keçirdiyi hər görüşdə daha intellektual, daha müasir gəncliyi müşahidə etdiyini bildirərək onların ölkəmizin inkişafında əhəmiyyətli rolundan danışmışdır. Xanım Aqiyə Naxçıvanlı gənclərin problemlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərin problemlərinin həlli üçün mühüm addımlar atdığını, bu məqsədlə «Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiqi, «Gənclər ili»nin elan edilməsi, Gənclər Fondunun yaradılması, onların sosial müdafiəsi ilə bağlı müxtəlif sərəncamların imzalandığını diqqətə çatdırmışdır. Bu siyasətin nəticəsində gənclərimizin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı təmin edilmiş, gənc istedadlara dövlət qayğısı artırılmış, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi mühüm hal almışdır. Hər zaman gənclərə dəstək olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu sahədə fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Onun həyata keçirdiyi bütün tədbirlərdə yetişməkdə olan gənc nəslin sağlamlığı, intellektual və fiziki inkişafı daim diqqət mərkəzində saxlanılır. Biz bunu Mehriban Əliyevanın Heydər Əliyev Fondunun Prezidenti olduğu dövrdə də canlı şahidi olmuşuq. Neçə-neçə məktəblərin, baxçaların tikilməsi, istedadların üzə çıxarılması, sağlamlığı məhdud gənclərin müalicə edilərək aktiv həyata qaytarılması bunlara bariz nümunələrdəndir.
Daha sonra gənclərə söz verən deputat onların peşə və ixtisas seçimləri, ictimai davranış, yaşlı nəslə hörmət, erkən nikahlar, milli dəyərlər barədə fikirlərini diskussiya şəklində davam etdirməyi məsləhət bildirmişdir.
Çıxış edən gənclər elə bugünkü tədbiri misal göstərərək dövlətin onlara olan qayğısından, gələcəyə düzgün istiqamətləndirilməsindən, daim marifləndirilmələrindən, onlarla görüşlərin tez-tez keçirilməsindən razı qaldıqlarını bildirərək, müasir Azərbaycana layiqli vətəndaş olacaqlarına söz vermişlər.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024