Mobil versiya
Azərbaycan polisindən nümunəvi addım
Tarix: 20-02-2018 | Saat: 15:20
Bölmə:Karusel / Ölkə | çapa göndər

Azərbaycan polisindən nümunəvi addım





Fevralın 14-də axşam saatlarında Ağdaş Rayon Polis Şöbəsinin Növbətçi hissəsinə bir nəfərin güllə yarası ilə rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən aia.az-a verilən xəbərə görə, bu barədə dərhal RPŞ-nin rəisi, polis polkovniki Rasim Mustafayevə məruzə olunub. Rəisin göstərişi ilə əməliyyat qrupu iki istiqamətdə yollanaraq araşdırmalara başlayıb. Hadisə baş verdiyi ünvana gedən əməkdaşlar zərərçəkmiş Sadiq Şaxmuradovun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəş nəticəsində ağır yaralanmasını müəyyən ediblər.

Xəstəxanaya yollanan RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Azad Məmmədov yaralının çoxlu qan itirməsi səbəbindən vəziyyətinin kritik olduğunu öyrənib. Həkimlərin dediyinə görə, onun həyatını xilas etmək üçün təcili qan lazım idi. Amma lazım olan miqdarda qanı gecədən xeyli keçmiş Mingəçevirdəki regional Qan Bankından gətirilənə qədər çox vaxt aparacaqdı. Polis mayoru Azad Məmmədov, polis serjantı Elvin Eminovla birlikdə qan qruplarının yaralının qanı ilə uyğunluğunu öyrənib, onun həyatını xilas etmək üçün özləri qan vermək qərarlarını həkimlərə bildirirlər.

Artıq əməliyyat olunan S.Şaxmuradovun vəziyyəti yaxşılaşıb.
Doğmaları, qohumları yaralının həyatını təhlükədən xilas edən polislərə minnətdarlığını bildirir. Elə eşidib-bilənlər də hər zaman çətinə düşəndə polisə güvəndiklərini deyirlər.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-12-2024