Mobil versiya
Milli Məclis sabah 18 məsələyə görə toplanacaq
Tarix: 12-02-2018 | Saat: 11:15
Bölmə:Siyasət | çapa göndər

Milli Məclis sabah 18 məsələyə görə toplanacaq




Sabah - fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək

aia.az-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxildir.

Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir.

Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq.

İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024