Ana Sayfa > Siyasət > Milli Məclis sabah 18 məsələyə görə toplanacaq
Milli Məclis sabah 18 məsələyə görə toplanacaq12-02-2018, 11:15. Yazar: admin |
Sabah - fevralın 13-də Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək aia.az-ın məlumatına görə, iclasın gündəliyinə 18 məsələ daxildir. Bunlar "Konstitusiya Məhkəməsi haqqında", "Ələt azad iqtisadi zonası haqqında", "Energetika haqqında", "Elektroenergetika haqqında", "Qaz təchizatı haqqında", "Daşınmaz əmlakın dövlət reyesteri haqqında" və s. qanunlara, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihələridir. Bundan başqa, yeni hazırlanan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanun layihəsi də müzakirəyə çıxarılacaq. İclasda bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın da illik məruzəsinə baxılacaq. aia.az Geri dön |