Mobil versiya
Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır
Tarix: 30-01-2018 | Saat: 16:16
Bölmə:Ölkə / Seçilənlər-3 | çapa göndər

Novruzda əfv olacaq - Komissiya bu gün ilk iclasa toplaşır




Hər il olduğu kimi, bu il də Novruz bayramı ərəfəsində növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Konstitusiyaya görə, əfv sərəncamının verilməsi prezident İlham Əliyevin səlahiyyətindədir.

Bu barədə Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

Ə.Nuriyev bu gündən etibarən Komissiyanın iclaslarına start verildiyini açıqlayıb:

"İlk iclas yanvarın 30-da saat 16:00-a nəzərdə tutulub”.

Komissiya üzvü qeyd edib ki, əfv sərəncamının verilməsi ölkə prezidentinin müstəsna səlahiyyətlərinə daxildir:

"Hansı gün əfv imzalanacağını prezident müəyyən edəcək. Amma böyük ehtimalla Novruz Bayramı ərəfəsində əfv olacağını gözləyirik”.

Respublikamız müstəqillik əldə etdikdən bu günə qədər 61 əfv sərəncamı imzalanıb. 7 mindən artıq şəxs bu sərəncamlarla cəzadan azad edilib, yaxud müddətli cəza ilə əvəzlənib. 2003-cü ildən bu günə qədər prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamları nəticəsində 3700-ə qədər şəxs cəzadan azad edilib. Son illərin təcrübəsinə nəzər salsaq, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə 2016-cı il istisna olmaqla cənab prezident tərəfindən əfv sərəncamları imzalanıb.(modern.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024