Xızı – dinamik inkişaf təmin olunur
Tarix: 29-01-2018 | Saat: 13:17
Bölmə:Manşet / Ölkə / Seçilənlər-2 | çapa göndər
Bu gün Azərbaycanda dövlət tərəfindən uğurla həyata keçirilən və birbaşa Ölkə Prezidenti cənab İlham Əliyevin daima öz diqqətində saxladığı iqtisadi islahatlar regionlarımızın sürətli inkişaf yoluna çıxmasını təmin etmişdir. Bu baxımdan hazırda dinamik inkişafı ilə diqqəti cəlb edən bölgələrimizdən biri də Xızı rayonudur.
Dövlət proqramlarının icrası uğurla həyata keçirilir
Respublikamızın digər bölgələrində olduğu kimi, dövlət başçısı tərəfindən son illər ərzində imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün Xızı rayonunda da qızğın iş gedir. Rayon rəhbərliyi həmin proqramlardan irəli gələn vəzifələrin icrası üçün bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin etmişdir. Bu gün Xızınınaqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşamasını təmin edir. Məhz bu səbəbdən də Xızı Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyəti yerli ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Birmənalı olaraq qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən yaradılan imkanlardan düzgün yararlanaraq rayonda davamlı inkişafa nail olmaq baxımından Xızı RİH-nin başçısı cənab Xəzər Aslanovun səmərəli idarəetmə təcrübəsi və yüksək peşəkarlıq keyfiyyətləri də xüsusi önəm kəsb edir.
Qısa arayış:
Xəzər Aslanov 1970-ci ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə 1987-ci ildə Xırdalan Südçülük savxozunda fəhlə kimi başlamış və 1988-ci il tarixə kimi həmin müəssisədə çalışmışdır.
1988-ci ildə Bakı şəhər Məhkəməsində katib işləmiş, 1988-1990-cı illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1990-1992-ci illərdə “İRS” kooperativində Beynəlxalq Əlaqələr şöbəsinin inspektoru, 1992-ci ildə “Fədai” kooperativinin sədri, 1992-1994-cü illərdə “Aslan R.Q” k/m-da kommersiya direktoru, 1994-cü ildə “ER-COMPANY LTD”-də mütəxəssis, 1994-2002-ci illərdə Azərbaycan Respubilkası Daxili İşlər Nazirliyində əməliyyatçı, 2002-2003-cü illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2003-2005-ci illərdə “European-Tabacco-Baku” ASC-da Marketinq şöbəsinin baş əlaqələndiricisi, 2005-2006-cı illərdə Xanlar (indiki Göygöl) Rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2006-cı ilin aprel ayından oktyabr ayınadək isə Xanlar Rayon İcra Hakimiyyəti başçısının I müavini, 2006-2012-ci illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli Sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edilmişdir.
Son illər ərzində Xızı rayonunda baş verən müsbət dəyişikliklər göz qabağındadır. Belə ki, bu illərdə rayonun infrastrukturunun inkişafı üçün çox vacib tədbirlər görülmüşdür, yollar çəkilmişdir. Həmçinin görülən işlərin nəticəsi olaraq Xızıda işıq və qaz problemi demək olar ki, tamamilə aradan qaldırılmışdır.
İqtisadi göstəricilər ürəkaçandır
Təbii ki, hər hansı bir rayonda inkişafdan danışarkən, ilk növbədə həmin bölgənin iqtisadi göstəricilərinin konkret rəqəmlərdə necə ifadə olunduğu diqqət mərkəzinə gətirilir. Bu baxımdan ötən ilin oktyabr ayındaXəzər Aslanovun sədrliyi ilə “Xızı rayonunun 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə” mövzusunda keçirilmiş geniş Şura iclasında təqdim olunan rəqəmlər də böyük maraq doğurur.Təqdim olunan məlumatlara görə, iqtisadiyyatının əsasını kənd təsərrüfatında birtkiçilik və heyvandarlıq təşkil edən Xızı rayonunda 2017-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərindən buğda əkininin sahəsi 868,5 hektar artaraq 1530 hektar, arpa əkininin sahəsi 98,5 hektar artaraq 1141 hektar, yonca əkininin sahəsi isə 164 hektar artaraq 300 hektar təşkil etmişdir. 1530 ha buğda sahəsindən 3053 ton, 1141 ha arpa sahəsindən isə 2324 ton arpa tədarük edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 1780 ton və 730 ton çoxdur. 2017-ci il üçün buğdanın məhsuldarlığı 19,9 sentner, arpanın məhsuldarlığı isə 20 sentner təşkil etmişdir.
Xüsusi Qərargah uğurla fəaliyyət göstərir
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilmiş tapşırıqların icrasını təmin etmək məqsədilə Xızı Rayon İcra hakimiyyəti başçısının rəhbərliyi ilə yaradılmış xüsusi Qərargah tərəfindən rayonun iqtisadi potensialına uyğun həyata keçirilən tədbirlər nəticəsində 06 oktyabr 2017-cı il tarixinədək rayon ərazisində 198 yeni iş yeri yaradılmış, mövcud ştat vahidlərinə və yeni yaradılmış iş yerlərinə qəbul olunmaqla 197 nəfər işlə təmin olunmuşdur. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar cari ilin 9 ayı ərzində rayon ərazisində yeni yaradılmış müəssisə və təşkilatlarda 38, mövcud müəssisə və təşkilatlarda 44, fiziki şəxslərdə 104 olmaqla 186 daimi, digər tədbirlər üzrə isə 178 müvəqqəti iş yeri yaradılmışdır.
Abadlıq-quruculuq işləri getdikcə vüsətlənir
Rayonda aparılan abadlıq-quruculuq işləri də uğurla davam etdirilir. Belə ki, hazırda Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının, “Xızı Qrand Hotel”in, Kənd Təsərrüfatı Nazirliyinin Xızı rayon idarəsinin inzibati-laboratoriya binasının inşası, Xızı-Altıağac avtomobil yolunda yenidənqurma işləri həyata keçirilir, 5 km məsafədə Yeni Yaşma kənd giriş yolu (2 km) və kənddaxili (3 km) yollarda əsaslı təmir işləri isə yekunlaşmışdır. Həmçinin qəzalı vəziyyətdə olan fərdi yaşayış evlərinin əvəzinə tikilən 25 ədəd fərdi yaşayış evlərində son tamamlama işləri aparılır.Azərbaycan Hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən maliyyələşdirilən “Xızı şəhərinin və Altıağac qəsəbəsinin su-kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin icrasına 2012-ci ildən başlanmış və su mənbələrində sugötürücü qurğuların quraşdırılması, magistral su kəmərinin tikintisi başa çatdırılaraq 1-ci mərhələ üzrə inşaat işləri yekunlaşdırılmışdır. Hazırda Xızı şəhəri və Altıağac qəsəbəsində su və kanalizasiya şəbəkələrinin qurulması işləri həyata keçirilir.
Əhalinin sosial müdafiəsi xüsusi diqqət mərkəzindədir
Rayon ərazisində sosial layihələrin icra edilməsi və uşaq bağçalarının tikintisi davam etdirilmişdir. Bu tədbirlər əhalinin sosial əhəmiyyətli sifarişləri əsasında həyata keçirilmiş, onlar tərəfindən dərin rəğbətlə qarşılanmışdır. Hazırda 75 yerlik Xızı şəhər Uşaq bağçasının və 420 şagird yerlik Xızı şəhər tam orta məktəbinin layihələndirmə işləri aparılır. 2017-ci ildə rayonda sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının məşğulluğunun artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərin davam etdirilməsi məqsədilə yeni iş yerlərinin açılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırığının icrası olaraq abadlıq və təmizlik, habelə çoxmənzilli binaların əsaslı təmiri işlərinə cəlb olunacaq müvəqqəti işçilərin saxlanılması və malların (işlərin və xidmətlərin) satın alınması həyata keçirilmiş və bu işlərin görülməsinə 19 nəfər müvəqqəti işçi cəlb edilmişdir.
Əminliklə demək olar ki, bu gün Xızırayonunun həm əhalisi, həm də rəhbərliyi Ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıq və tövsiyyələri əldə rəhbər tutaraq, doğma rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsini təmin etmək məqsədilə bundan sonra da bütün imkanlarınısəfərbər edəcəklər.
Əli İsmayılov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər