Mobil versiya
"Nazpəri toyda məni oxumağa qoymadı" - qalmaqal
Tarix: 10-01-2018 | Saat: 17:48
Bölmə:Aia TV | çapa göndər

"Nazpəri toyda məni oxumağa qoymadı" - qalmaqal


Müğənni Xatun Əliyeva “Səhər-səhər” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi şəxsi həyatından danışıb.

O bildirib ki, ilk həyat yoldaşına ərə gedəndə 11-ci sinfi yeni bitiribmiş:

“Məktəbi bitirən kimi nişanlandım və toyumuz oldu. Oğlan uzaq qohumum idim. Övladım oldu, 5 il ailəli qaldıq. Xasiyyətimiz uyğun gəlmədi ayrıldıq. Uşaq idim, psixologiyam ailəyə hazır deyildi. Uyğunlaşa bilmirdik. Maddi vəziyyətimiz çox əla idi. İndi ayrılmağımıza peşman deyiləm. Sonra tibb texnikumuna qəbul oldum. Amma həyatımı ağ xalatla keçirə bilməzdim. Bir dəfə Baloğlan Əşrəfovdan müsahibə almışdım, qəzetdə yayımlanmışdı. Mənim cibimə pul da qoydu. Keçmiş ərim Avropa vətəndaşıdır, orada yaşayır. İndi ailə qurub. Oğlumla da münasibətlərinin yaxşı olmasına çalışıram”.

Xatun xalq artisti Nazpəri Dostəliyevanın “Xatun adlı müğənni tanımıram” sözlərinə münasibət bildirib:

“Amma mən Nazpəri xanımı çox yaxşı tanıyıram. Xalamın rəfiqəsi olub. Onların evində dəfələrlə görmüşəm. Hətta bir dəfə məclisə getdim, o da orada idi. Məni onun aparıcısı təqdim etdi. Tort mərasimi idi, çıxdım bəylə gəlini təbrik etdim. Musiqim getməliydi, başqa mahnı çalındı. Amma mikrofonu Nazpəri xanım götürüb oxudu. Məni oxumağa qoymadı. Mənə böyük haqsızlıq etdi”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024