Mobil versiya
50 yaşında peşman olmamaq üçün 30 yaşında bunları edin...
Tarix: 09-01-2018 | Saat: 17:52
Bölmə:Media | çapa göndər

50 yaşında peşman olmamaq üçün 30 yaşında bunları edin...


"Quora" saytınının 50 yaşlı insanlar arasında apardığı araşdırma nəticəsində bəlli olub ki, bu yaşda çatanda təəssüflənməmək üçün 30 yaş aralığında insanlar aşağıdakılara diqqət etməlidirlər:

1. Siqaret çəkməyin. "Siz indi məni görəydiniz kaş... imkanım olsa, əyilmiş dizlərim üstə çöküb, deyərdim: at bu siqareti!" - siqaret istifadəçilərdən biri belə deyir.

Bəlkə, tərgidəsiniz?

2. Valideyinləriniz, bacı-qardaşlarınızla əlaqələrinizi möhkəmləndirin və ya bərpa edin. Ailə münasibətlərinin yaxşı olması çox vacibdir. Zamanla bunu daha yaxşı başa düşəcəksiniz.

3. İsti fəsillərdə günəş kremindən istifadə edin. Quru, qabıqlanan, yanmış dəri istəyirsiniz? O zaman gedin dənizə və kremdən istifadə etməyin.

5. İdmanla məşğul olun. Bu, çox vacibdir. İndi aktiv həyat tərzi keçirin ki, 50 yaşınızda da sağlam olasınız. Çəkinizi normada saxlayın.

6. Çox çətin olsa da, pulunuza qənaət edin. Düzdür, bu yorucu məsləhətdir. Ancaq çox vacibdir. 30 yaşında insanın az da olsa, qənaət edəcək pulu həmişə olur. İndidən qənaət edin ki, bir müddət sonra nəticəsini görə biləsiniz.

7. Əlinizdə olanlardan həzz almağı bacarın. Şikayət etməkdənsə, olanlara şükür etməyi öyrənin. İnanın, bu sizi çox xoşbəxt edəcək.

8. Həyati əhəmiyyətli məqsədlərinizi sonraya saxlamayın. Ev almaq, kitab yazmaq, yüksək təhsilə sahib olmaq istəyirsiniz? O zaman bu gün hərəkət edin. "Bu məsələyə sonra bir də qayıdaram" deməyin. Çünki 30 yaşdan sonra həyat çox sürətlə gedir.

9. Doyunca yatın. Çalışın eyni saaatda yatıb, eyni saatda oyanmağı adət halına salasınız.

10. Dişlərinizə qulluq edin. Yaş artdıqca dişlərdəki problemlər də artır. Müalicə sizin vaxtınızı və pulunuzu aparacaq. Ona görə müalicəni gecikdirməyin.

11. Xatirələrinizi qoruyun, əşyaları yox. 50 yaşda əşyalardan başqa heç nə əldə etmədiyinizin fərqinə varanda təəssüfləncəksiniz.

12. Yaxşılıq edin. Yaxşılıq etməyi öyrənin. Başqalarını xoşbəxt edəcək şeylər edin. Amma bunu ürəkdən edin. Əvəz gözləməyin.

13. Sizi qorxudan şeyləri edin. Evdən çıxın və bir dəlilik edin. Yaxın bir adamınızı da götürüb, çoxlu şəkillər çəkin. Qocalanda belə günləri yada salıb, gözlərinizdə ancaq xoş xatirələri canlandıracaqsınız.

14. Ziyanlı qidalardan uzaq durun. Yaşadığınız illər boyu istədiyiniz əşyanı ala bilərsiniz. Ancaq sağlamlığı pulla almaq mümkün deyil. Alkoqol və "fastfood"lardan uzaq durun.

15. İldə heç olmasa, 10 kitab oxuyun. Beynimizin daima inkişafa ehtiyacı var. Ona görə də televizora az baxın, kompüter oyunlarından uzaq olun, bir az da kitab oxuyun.

16. Səyahət edin. Nə qədər bacarırsınız səyahət edin. Səyahətlər bizi dəyişir. Onlar çox suala cavabdır. Səyahət bizə həqiqətən insan kimi yaşadığımızı hiss etdirən əyləncədir.

17. Meditasiya edin. Bu sizin bir neçə dəqiqənizi alsa da, əvəzində sizə müsbət dəyişikliklər yaşadacaq. Araşdırmalar bunu sübut edir.

18. Özünüz olun. Özününüzü kimləsə müqayisə etməkdən uzaq tutun. İnanın, 50 yaşa çatanda başqalarının sizin haqda nə düşündüyü vecinizə də olmayacaq. Özünüz olun.

19. Gündəlik tutun. Siz həyatınızda baş verən çox önəmli hadisələri unuda bilərsiniz. Bu, normaldır. Ona görə gündəlik tutun və fotolarınızı saxlayın.

20. Dostlarınızı qoruyun. Sizə müsbət aura yaşadan insanları qoruyun. Onlarla birgə gülün, dəliliklər edin. Həyatdan həzz alın. Sia.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024