Aşıq Əli özünü arıqladıb: “İdman etməmişəm, amma bu yol əməliyyat da deyil”
Tarix: 08-01-2018 | Saat: 17:18
Bölmə:Karusel / Aia TV | çapa göndər
Aşıq Əli Tapdıqoğlu son günlər xeyli çəki atması ilə gündəmə gəlib. Sənətçinin “İnstaqram” hesabında paylaşdığı son fotosu da müzakirələrə səbəb olub.
İzləyicilər Aşıq Əlinin “Bunlar mənim ürəklərimdir” şərhi ilə yerləşdirdiyi şəkildəki şəxsin özü olub-olmamasını soruşublar. Həmçinin, aşığın plastik əməliyyatla xeyli çəki atdığı fikirləri səsləndirilib. Qeyd edilir ki, o, Türkiyədə mədəkiçiltmə əməliyyatı etdirib.
Modern.az saytı məsələni dəqiqləşdirmək üçün Aşıq Əli ilə əlaqə yaradıb. O saytımıza aəməkdaşımıza bildirib ki, səsləndirilən fikirlər həqiqət deyil:
“Mənim plastik əməliyyatla çəki atmağım yanlış informasiyadır. Görürsünüz, siz danışmadan məsələnin nə olduğunu bildim. Mən bir daha vurğulayıram ki, yalandır! Şəklə diqqətlə baxın, bəli, o mənəm. Hər halda uşaqlardan da bunu bilmək mümkündür. Düzdür, mən xeyli çəki atmışam, amma əməliyyatla yox”.
Aşıq Əli “xeyli çəkini necə atdınız” sualını belə cavablandırıb:
“İdman etməmişəm. Amma axır ki, bir yolla özümü arıqlatmışam. Sadəcə bu yol əməliyyat deyil”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-12-2024
15:30 XALQI BİRLƏŞDİRƏN QƏLƏBƏ