"Alpinistlər sağ tapılmasalar..." - Bu maddə ilə cinayət işi açıla bilər
Tarix: 05-01-2018 | Saat: 17:14
Bölmə:Manşet / Ölkə | çapa göndər
İtkin düşən alpinistlərin axtarışları hələ də nəticə verməyib. Son məlumatlara görə, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun Tufadağ istiqamətində itkin düşməsi ilə bağlı cinayət işi açılıb.
Cinayət işi çərçivəsində kimlərin cəzalandırılacağı sual doğurur.
Hüquqşünas Nicat Gözəlov AzVision.az-a bildirib ki, məlum hadisə ilə əlaqədar Baş Prokurorluq tərəfindən cinayət işinin açılması normal haldır. Onun sözlərinə görə, alpinistlərin itkin düşməsinə görə 120-ci maddə ilə cinayət işi başlana bilər.
“3 nəfərin ölümünə şübhə ilə bağlı prokurorluq Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlada bilər. Burada qəsdən adam öldürmədən söhbət gedir. İşin halları məlum olmadığına görə, heç kim deyə bilməz ki, qəsdən adam öldürmə var, ya yoxdur. Orada nə baş verdiyi heç kəsə məlum olmadığından növbətçi xarakterli cinayət işinin başlanması gözləniləndir.
Qeyd edim ki, həmin alpinistlər sağ tapılmasalar, müvafiq qaydada ekspertiza keçirildikdən sonra əgər hansı zorakılıq və digər əlamətlər aşkar edilməzsə, cinayət işinin icratına xitam verilə bilər”.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024