İctimai yerlərdə siqaret çəkənlər 30 manat cərimələnəcək
Tarix: 29-12-2017 | Saat: 16:37
Bölmə:Karusel / Ölkə | çapa göndər
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu imzalayıb. Bu qanun Azərbaycan Respublikası əhalisinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması istiqamətində fəaliyyətin hüquqi əsaslarını müəyyən edir. Qanun qüvvəyə minib.
AzVision.az xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 212-ci maddəsində (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) bununla bağlı cərimələr nəzərdə tutulub.
Məcəllənin 299, 305, 306.4, 318 və 322.0.4-cü maddələrində nəzərdə tutulan yerlər istisna olmaqla, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə nəzərdə tutulub.
Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər isə min manat məbləğində cərimə edilir.
Həmçinin Məcəllədə hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 100 manat, dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, metro vaqonlarında siqaret çəkməyə görə 50 manat, dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə siqaret çəkməyə görə 40 manat, müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə görə isə 40 manatdan 50 manatadək məbləğdə cərimə nəzərdə tutulub.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024