Mobil versiya
Jurnalist və idmançı arasındakı məhkəmə başa çatdı: ƏCAİB QƏRAR
Tarix: 28-12-2017 | Saat: 17:08
Bölmə:Karusel / Media | çapa göndər

Jurnalist və idmançı arasındakı məhkəmə başa çatdı: ƏCAİB QƏRAR


Ali Məhkəmədə idmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayevanın arasında çəkişməli məhkəmə prosesi başa çatıb.


Lent.az-ın məlumatına görə, bu barədə Kamil Zeynallının vəkili Asif Bağırov özünün feysbuk səhifəsində məlumat verib.

Vəkil qeyd edib ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayıb: “Məhkəmənin qərarına əsasən, Əfruzə Ağayeva Kamil Zeynallıdan üzr istəməli və ona 1000 manat məbləğində təzminat ödəməli, eyni zamanda da Kamil Zeynallı təkzib verməli və Əfruzə Ağayevaya 1000 manat təzminat ödəməli olacaq”.

Xatırladaq ki, idmançı K.Zeynallı aparıcı Şəbnəm Hüseynovanı sosial şəbəkələrdə küçə söyüşləri ilə təhqir etmişdi. Ş. Hüseynova isə sosial şəbəkədə ""Kamilin söydüyü söyüşlər onun nəslindəki qadınlara getsin" cavabı yazıb. Jurnalist Ə.Ağayeva isə həmin statusu xəbər kimi hazırlamışdı. Bundan sonra K. Zeynallı Ə. Ağayevanı da küçə söyüşləri ilə təhqir etmişdi.

Bu səbəbdən də Əfruzə Ağayeva Kamil Zeynallıya qarşı iddia qaldıraraq, dəyən mənəvi ziyanla bağlı 50 min manat ödəməsini və instaqramda təkzib verilməsini tələb edib. Kamil Zeynallı qarşılıqlı iddia qaldırdıq və qərəzli material hazırladığı üçün, jurnalistdən dəyən mənəvi ziyanla bağlı 100 min manat ödəməsini və ondan üzr istəməsini tələb etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə