Mobil versiya
"Azərbaycanlı yox, türk kişi ilə ailə quraram" - SƏBƏB? - NAZLA MÜSAHİBƏ
Tarix: 26-12-2017 | Saat: 14:53
Bölmə:Karusel / Aia TV | çapa göndər

"Azərbaycanlı yox, türk kişi ilə ailə quraram" - SƏBƏB? - NAZLA MÜSAHİBƏ


Əslində, çox sadə qızdır. 26 yaşı var. Şəkillərdən daha kök görünsə də cəmi 47 kilodur. Həyatda heç bir addımını düşünərək atmır. Düşünməklə heç arası yoxdur. Çılğındır, amma sosial şəbəkələrdə ... Pula çox önəm verir. Nazin ürəyini ələ almaq üçün birinci qarşısındakı insanın pulu olmalıdır. Bir dəfə ailəli olub, boşanıb. Qız övladı var, amma Naz onu ildə 1-2 dəfə görür. Çünki övladı atası ilə qalır. Növbəti dəfə ailə qurmaq istəyir. Amma 30 yaşında və türk kişi ilə ... Deyir ki, bizim kişilər çox araşdırıcıdır ...

Ardını özünüz oxuyun ... XƏBƏRÇİ.AZ-ın əməkdaşı yeni il öncəsi Nazla müsahibə edib:

- Artıq 8-9 gündür Bakıdasınız. Gəlməyinizin məqsədi nədir?

- 5-6 aydır ki, Türkiyədə idim. Həm qohumlarım, həm də vətənim üçün darıxmışdım. Gəldim ki, bir az dəyişiklik olsun.

- Real həyatda daha arıqsınız, nəinki şəkillərdə və televiziyada. Boy və çəkiniz neçədir?

- 47 kiloyam, boyum isə 1.60 - dır.

- Gəldiyiniz gündən aləmi bir-birinə vurdunuz. Hər yer sizdən yazır, qalmaqallara səbəb olursunuz. Sanki belə olmaq məcburiyyətindəsiniz.

- Mənim, deyəsən, bəxtim belədir. Türkiyədə olanda da nə edirdimsə, yazırdılar. Nəfəs almağa belə tərəddüd edirdim ki, sabah yazacaqlar. İmkan vermirlər ki, üstündən 24 saat keçsin.

- Şəxsi həyatdakı münasibətlərinizdə də belə qalmaqallı birisiniz?

- Əsla. Şəxsi həyatımda yaxın olduğum dostum belə yoxdur. Çox sakit bir həyat tərzim var. Bircə sosial şəbəkələrdə daha aktiv fəaliyyət göstərirəm. Əslində, aktiv həyat göstərməyə məcbur edirlər desəm, daha doğru olar, çünki mən nə etsəm insanlara maraqlı gəlir.

- Bir az da qıcıq yaradır.

- Hə, deyəsən, elədir. Çünki məni tanıyan insanların əksəriyyəti deyir ki, sən çox sakit insansan, yekəxana, insanlara yuxarıdan aşağı baxan biri deyilsən. Amma, hər halda, paylaşdığım şəkil və videolardan insanlarda elə təəssürat yaradıram. Buna görə də məni sevmirlər. Məni sevənlər qədər sevməyənlər də var.

- Bəlkə addımlarınızı düşünmədən atırsınız deyə sonu belə olur? Ümumiyyətlə, bir hərəkəti edəndə düşünüb edirsiniz, yoxsa yox?

- Yox, heç düşünən bir insan deyiləm. Nə istədim onu da edirəm. Ağlıma nə gəldisə, onu da edirəm. Bu günə kimi istədiyim hər hərəkəti etmişəm, istədiyim hər şeyə də nail olmuşam.

- Buna görə peşmanlıq yaşamısınızmı?

- Xeyr, heç nəyə görə peşman deyiləm. Mənim etdiyim heç bir şey mənə zərər verməyib ki, sonradan “kaş ki bunu eləməzdim” deyim. Nə etmişəm, düz etmişəm.

- Naz, əslində, kimdir, nəçidir, Türkiyədə nə işlə məşğul olur?

- Mənim 26 yaşım var. Naxçıvanda anadan olmuşam. Naxçıvanda yaşayırdım, sonra Bakıya köçdüm. Tətillərdə Türkiyəyə istirahətə gedib, gəlirdim. Sonra bir gün qərar verdim ki, Türkiyəyə köçüm. Köçdüm və orada reklam agentliklərinə yazıldım. Bir gün məni evlilik proqramına dəvət etdilər. Əvvəlcə getmək istəmədim ki, reklam agentliyi ilə evlilik proqramının nə əlaqəsi var axı ... Məgər evlilik proqramına evlənmək istəyənlər getmir? Ancaq hər şeyi öyrəndikdən sonra baxdım ki, getmək olar. İndi də reklamlara çəkilirəm.

- O proqrama qatılmaqda məqsəd evlənmək idi, yoxsa reklam olunmaq?

- Alınsa evlənmək, alınmasa da reytinq. Oraya gedəndən sonra anladım ki, mənim evlənə biləcəyim bir yer bura deyil. Bura mənim evlənə biləcəyim insanlar gəlmir. Bunun da səbəbi o idi ki, insanlara yuxarıdan aşağı baxmaq kimi çıxmasın, açıq-açıq deyəcəm, mənim evlənəcəyim insan maddi cəhətdən məndən üstün olmalıdır. Hər qızın arzusudur ki, evlənəcəyi oğlanın pulu olsun. Ona görə, baxdım ki, bu mühitdə mənim evlənməyim mümkün deyil.

- Amma sizin üçün iddialı namizədlər də gəlirdi. “Naza görə hər şeyi edərəm” deyirdilər. Pulları yox idi? Yalan idi hər şey?

- Oraya mənim istəklərimə uyğun bir insan gəlməyib. Yəqin ki, yalan deyiblər. Mənim orada bir dəfə , yəqin ki, tanıyırsınız, Baha ilə ciddi münasibətim oldu. Hal-hazırda da Azərbaycandadır. Onunla, həqiqətən, evlənməyi düşünürdük. İş elə gətirdi ki, mən evlənmək istəmədim. Mənə görə istədiyim pullu namizəd o şouya gəlmədi.

- Yaxşı, Baha ilə niyə evlənmədiniz?

- Bilmirəm, mən özümü evliliyə hazır hiss etmirdim. Bu cür azadlığımdan sonra, bir insanın mənə qadağa qoymasının mümkün olmayacağını düşündüm. Üstəlik, mən yeni boşanmışdım.

- Neçə yaşınızda ailə qurmuşdunuz?

- 16 yaşında ailə qurdum. Evlənər-evlənməz də ana oldum. 2012-ci ildə isə bezdim, boşandım. 30-31 yaşıma kimi də evlənməyi düşünmürəm. Bu səbəbdən Baha ilə evlənməyin mənim üçün çox tez olduğunu anladım və ondan uzaqlaşdım.

- Bəs ilk evliliyinizi sonlandıran səbəb nə oldu?

- Səbəb həyat yoldaşım və qaynanamla anlaşılmazlıqlar idi.

- Maraqlıdır, qaynanası Nazdan nə tələb edirdi?

- Hər qaynana kimi, o da istəyirdi ki, hər şey onun dediyi kimi olsun. Mən də deyirdim ki, yox, hər şey mən istədiyim kimi olacaq. Getdikcə bu anlaşılmazlıqlar daha da böyüdü.

- Fikirləşməzdim ki, 16 yaşınızda ailə qurmusunuz.

- İndiki ağlım olsaydı, yəqin ki, 30 yaşında ailə qurardım.

- Amma bir qızın var.

- Bəli, amma atası ilə qalır. Çünki belə daha yaxşıdır.

- Pulu qoyaq bir kənara ... Ərə gedəcəyiniz insandan puldan başqa daha nələr tələb edirsiniz?

- Siz indi bunu yazın, sabah hər yerdə yayacaqlar ki, Naz pullu kişi axtarır. Amma reallıq budur ki, hər qadın evlənəcəyi oğlanın yaxşı bir işi, maşını, evi olmasını arzulayır. Kim ərə gedib küçədə qalmaq istəyər ki? Mən də istəyirəm ki, pulu olsun, şirkəti olsun, maşını, yaxtası olsun.

- Naz, anladım, bildim, pulu olsun (gülürük-red). Bəs sonra ?

- Xarakterinə gələndə isə, çox qısqanc olmasın. İndi çox açıq geyinirəm, təbii ki, buna icazə verməyə bilər. 50% geyimlərimə müdaxilə edə bilər. Məsələn, həyat yoldaşıma görə dekoltelərimi bağlaya bilərəm, çox qısa geyinməyə bilərəm. Aşırı makiyaj eləməyə bilərəm. Hal-hazırda da aşırı makiyaj etmirəm, sadəcə gözəllik salonlarının reklam üçün edilir. Məni sərbəst buraxsın, ürəyim istəyəndə işləyim, istəməyəndə evdə oturum. Evlənəcəyim insan çox hörmətli, mötəbər biri olmalıdır. Məsələn, yeri gələndə, biz dost kimi olub hər şeyi açıq danışmağı bacarmalıyıq, yeri gələndə, mənə elə hörmət qoymalıdır ki, hamı haqqımızda “Nazın yoldaşı ona elə hörmət edir ki, sanki dünən tanış olublar” desin.

- Naz dediyiniz mötəbər şəxs 60 yaşlı nazir olsa ailə qurarsınızmı?

- Əgər, xarizmatik, çox baxımlı biridirsə, maddi durumu da mənə uyğundursa, niyə də olmasın? 60 yaşlı nazirlə evlənərəm. Yaş çox da əhəmiyyət daşımır, əgər xarici görkəm onu biruzə vermirsə, cavan görünürsə və imkanı yaxşıdırsa ...

- Naz, azərbaycanlıları niyə bəyənmirsən ? Özünüz də azərbaycanlı deyilsinizmi?

- Bəli, belə deyirlər. Amma mən Vətənimi çox sevirəm. Türkiyədə darıxanda Bakıya gəlirəm. Amma mən azərbaycanlıları yox, mənə söyüş, əxlaqsız sözlər yazanları söymüşəm. Kimə söyüş yazanda susur ki?! Bir dəfə mən eyni ayaqqabını 2 fərqli geyimlə istifadə etdiyim şəklimi paylaşmışdım. Biri qız da yazdı ki, başqa ayaqqabın yoxdur? Mən də cavab verdim ki, sən “çuşka”san, guya bir dəfə geyindiyini sabah geyinmirsən? Lap üstündə cırılana qədər geyinirsən. Bu nə sözdür mənə deyirsən? Sabah xəbərlərə baxdım ki, “Naz azərbaycanlıları təhqir elədi” yazıblar. Mən də düşündüm ki, sırf bunu yazan jurnalisti məhkəməyə verərəm, deyərəm ki, mənim ağzımdan çıxan həmin kəliməni tap, göstər. Mən o sözü həmin qıza demişəm. Bu, hamıya aid olmur axı. Bir qız xalq deməkdir ?! Kimə o söz deyilsəydi, eyni reaksiyanı verərdi. Yadınızda, aktrisa Pərvin Abıyevanın dediyi sözü də müxtəlif cür yozdular. Yazıq dilinin bəlasına düşmüşdü. Demişdi ki, bizim kişilər kobuddur, bunu mən də təsdiq edirəm. Pərvin Abıyevanın bir sözünə görə, o xanıma kim ağzına nə gəldi dedi. Nə qədər də düzəltməyə çalışsa, hamı ilk dediyi sözün quyruğundan tutub getdi. Heç kim ikinciyə qulaq asmadı. Çünki sərf etmədi.

- Neçə ildir Türkiyədə yaşayırsınız?

- Mən 5 ildir Türkiyədə yaşayıram. Bir söz də deyim .... Bizim kişilər kimi namuslu, qeyrətli kişilər heç yerdə yoxdur. Bunu müsahibəmdə demişdim. Növbəti gün baxdım ki, həmin sayt yazıb “Naz deyir ki, mən bədənimi heç vaxt bizim kişilərə əmanət etmərəm, çünki bizim kişilər kişi deyil”. Şoka düşdüm. Halbuki, qətiyyən belə bir söz işlətməmişəm. Mən onlara yazdım ki, Azərbaycana gəlib sizi məhkəməyə versəm, bunu sübut edə biləcəksinizmi? Oxuyub, cavab yazmadılar. Məni onsuz da sevməyənlər çoxdur. Saytlar da haqqımda mənfi şeylər yazır ki, insanlar daha da mənə qarşı çıxsınlar. Bunu da, yəqin ki, məni sevməyən biriləri edir. Məqsədləri nədir bilmirəm. Mən hansısa sayta müsahibə verəndə instaqram hesabımda paylaşıram ki, ağzımdan çıxan sözü bilmək istəyirsinizsə, girin, buradan oxuyun.

- Dediniz ki, Azərbaycana ailənizi görməyə gəlmisiniz. Valideynləriniz sağdır? Qardaş-bacınız varmı?

- Bəli, hər iki valideynim sağdır, 2 qardaşım, 1 bacım var.

- Ailəniz sizin internetdə məhşurluğunuza necə münasibət göstərir?

- Onlar, ümumiyyətlə, internetlə maraqlanan deyillər. Hamısı işində, gücündə olan insanlardır. Sadəcə deyirlər ki, kim nə dedi, boş ver getsin, hamıya cavab verməyə can atma. Mən də elə edirəm, rəylərdə kim necə gəldi yazır, vecimə almıram.

- Necə oldu ki, belə məşhurlaşdınız?

- Birdən-birə. Evlilik proqramına qatıldım, bir də gördüm ki, mən oraya çıxan gündən reytinqim partladır, ta ki proqrama qadağa qoyulan günə qədər. Mən Bakıda yaşayanda İnstaqramda 100-150 izləyicim vardı. Yəni, birdən-birə oldu, o proqramda tanındım.

- Bu məşhurluq sizə nə qazandırdı?

- İnsanların nifrətindən başqa bir şey gətirmədi. Bu verilişə çıxmamışdan qabaq, maddi durumum orta idi. Yenə də, şükür Allaha, heç nəyə ehtiyacım yox idi, evim, maşınım vardı. Amma proqrama çıxandan sonra, təbii ki, hər şey fərqli oldu. Yeni əlaqələrim yarandı, yeni iş təklifləri aldım. Böyük insanlarla tanış oldum. Beləcə çevrəm genişləndi.

- Bəziləri deyir ki, “Naz guya Türkiyədə nə edir, kirayə maşınlar götürür, ev-eşiyi də yoxdur”. Belə düşünənlərə sözünüz nədir?

- O cür düşünənlər bilsin ki, Türkiyədə mənim evim də, maşınım da var. Amma mənim lüks maşınlara böyük həvəsim olduğu üçün öz maşınım olsa da, fərqli markadan olan maşınları sürmək çox xoşuma gəlir. İstədiyim maşını bir günlük kirayələyib, həvəsimi öldürürəm. Maşın kirayələmək ayıb bir şey deyil ki. Pulu olan hər kəs bunu edə bilər.

- Pərvindən misal gətirdiniz. Özünüz də qeyd etdiniz ki, bizim kişilər daha qeyrətlidirlər. Müqayisə eləsək, bizim kişilərlə türk kişilərinin fərqi nədir?

- Məsələn, bizim kişilər bir qızla tanış olanda başlayırlar qızı araşdırmağa, öyrənirlər hər şeyi... Məhləsində kimin maşınına mindiyindən tutmuş qəbirdə yatanına qədər araşdırırlar ki, görəsən, əlinə kişi əli dəyib, yoxsa yox. Amma türklər belə deyil. Lap gedib klubdan bir qız çıxartsınlar, deyirlər ki, dünənə qədər nə yaşadığın məni maraqlandırmır, bundan sonra mən istədiyim kimi ol, səninlə evlənim. Məsələn, elə ailəli dostlarım var ki, həyat yoldaşı bir dəfə xəyanət edib, bağışlayır, amma deyir ki, bir daha eləmə. Bizimkilər isə ya başını kəsir, ya da ki, həmin dəqiqə boşayır. Bizdə bağışlamaq falan yoxdur. Bəlkə də var, amma mənim qarşıma çıxmayıb. Olduğuna da heç inanmıram. Mən Bakıda yaşadığım zamanlarda boşandığım üçün heç kimlə ciddi bir münasibət qurmurdum. Çünki, bizim oğlanların bu məsələyə fərqli yanaşdıqlarını bilirdim. Bilirsiniz bizdə necədir, 40 yaşlı, 2-3 uşağı olan kişi evlənmək istəyir, deyir ki, mən 17 yaşında bakirə qız alacağam. Amma Türkiyədə, istəyirsən, 5 dəfə ərə get, deyirlər ki, keçmişin məni maraqlandırmır, xoşuma gəlirsənsə, səninlə evlənirəm.

- Türk kişiylə ailə qurmaq istəyərsiniz, yoxsa azərbaycanlı?

- Türk kişiylə ailə qurmaq istəyərdim. Çünki Azərbaycan kişiləri daha qısqanc və insanın keçmişini araşdıran olurlar. Qadını tamamilə özününküləşdirirlər. Amma türklərlə çox rahatdır, mən də rahat həyatı seçərdim. Problemli həyat mənlik deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə