Mobil versiya
Yol polisindən ÇAĞIRIŞ
Tarix: 21-12-2017 | Saat: 11:41
Bölmə:Karusel / Ölkə | çapa göndər

Yol polisindən ÇAĞIRIŞ


Azərbaycanda avtomobillərin sayı günü-gündən artır. Bu artım daha çox paytaxt Bakının payına düşür. Avtomobillərin artması həm də bəzi problemləri önə çıxarır. Xüsusən günün bəzi pik saatlarında avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlığı yaradan səbəblərdən biri də valideynlərin uşaqlarını təhsil müəssisənə avtomobillə gətirib-aparmalarıdır. Hər valideynin təhsil müəssisənin qarşısında ən azı 1 dəqiqə dayanması tıxacların yaranmasına səbəb olur.

Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməsldir? Valideynlərin uşaqlarını təhsil müəssisəsinə gətirməsinə qadağa qoyula bilərmi?

Məsələ ilə bağlıModern.az-a danışan Bakı şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun sözlərinə görə,valideynlərin uşaqlarını təhsil müəssisəsinə avtomobillə gətirməsinə hər hansı bir qadağa qoymaq olmaz.


"Amma avtomobili olanlar maşını olmayanları düşünməlidirlər. Yol polisi əməkdaşları hər gün təhsil müəssisələri və onların yerləşdiyi ərazilərə bitişik yollarda xidmət apararkən uşaqlarını avtomobillə dərsə gətirib-aparan valideynlərin sıxlıq yaratmalarına şahid olur. Valideynlərin uşaqlarını təhsil müəssisəsinə gətirməsi təbii haldır. Sadəcə, "Yol hərəkəti haqqında” qanunun tələblərini pozmasalar, hərəkətə mane olmasalar, problem yaranmaz. Sürücü valideynlərin qayda pozuntularına görə digər hərəkət iştirakçıları da çətinlik çəkir. Avtomobili olan valideynlər nəzərə almalıdır ki, onlar kimi başqaları da uşaqlarını məktəbə gətirir. Təhsil müəssisəsinin yerləşdiyi ərazilərdə və onlara bitişik yerlərdə yol polisi əməkdaşları olmasa, tıxaclar yaranar”.

Vaqif Əsədovun sözlərinə görə, "bir dəqiqəyə çıxıram”, "uşağı düşürüb gedirəm” deyən valideynlər düşünməlidir ki, onların hərəkət hissəsində cəmi 15 saniyə gecikməsi yollarda ləngimələrə səbəb olur.


"Bütün təhsil müəssisələrinin qarşısında dayanma-durma qaydasını pozan sürücülər həm müşahidə kameraları, həm də ərazidə olan əməkdaşlarımız tərəfindən aşkarlanaraq, inzibati məsuliyyətə cəlb edilirlər. Valideynlərdən xahişimiz odur ki, həm uşaqlarının təhlükəsizliyi, həmdə sıxlığın yaranmaması üçün qaydalara riayət etsinlər. İkizolaqlı, bir istiqamətli yollarda bir nəqliyyat vasitəsinin 25 saniyə dayanması 60 nəqliyyat vasitəsinin 5 dəqiqə ləngiməsinə səbəb olur”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə