Mobil versiya
Tərtərdə inkişaf getdikcə sürətlənir
Tarix: 20-12-2017 | Saat: 13:59
Bölmə:Manşet / Ölkə / Seçilənlər-3 | çapa göndər

Tərtərdə inkişaf getdikcə sürətlənir



Son illər ərzində Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının reallaşdırılması istiqamətində bu gün digər bölgələrimiz kimi Tərtərdə də qızğın iş gedir. Rayonun bilavasitə cəbhə bölgəsində yerləşməsinə rəğmən, rayon rəhbərliyi həmin proqramlardan irəli gələn vəzifələrin icrası üçün bütün resurs və potensialların səfərbər olunmasını yüksək səviyyədə təmin edə bilmişdir. Bu səbəbdən, hazırda Tərtərin aqrar-sənaye kompleksinin sürətli inkişafı, dinamik şəkildə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, sosial proqramların ardıcıl olaraq həyata keçirilməsi, insanların getdikcə daha firavan yaşaması artıq qarşısıalınmaz bir prosesə çevrilmişdir.Qeyd etmək lazımdır ki, bu gün məhz Tərtər Rayon İcra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədovun səmərəli idarəetmə təcrübəsi, onun ölkə rəhbərliyi tərəfindən müəyyən edimiş iqtisadi islahatlar kursunu uğurla həyata keçirmək bacarığı rayonun bütün sahələrində dinamik inkişafın getdikcə sürətlənməsini təmin edən əsas amillərdən biri kimi çıxış edir.




Qısa arayış:
MüstəqimMəmmədov 1992-ci ildə Azərbaycan Dövlət Texnologiya İnstitutunu, 2002-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1992-ci ildən tarixdən başlayıb və 1994-cü ilədək Yevlax şəhər İctimai İaşə Müəssisələri Birliyində mühəndis-texnoloq, ticarətin təşkili üzrə inspektor, əmtəəşünas vəzifələrində işləyib. 1994-cü ildə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Rəhbərlik bölməsində müfəttiş, 1994-2006-cı illərdə Yevlax şəhər Gənclər və İdman İdarəsinin rəisi, 2006-2012-ci illərdə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini - şöbə müdiri, 2012-2014-cü illərdə isə Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini - şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 7 may 2014-cü il tarixli Sərəncamı ilə Tərtər Rayonu İcra Hakimiyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
1993-cü ilin avqust ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Sahibkarlığın inkişafı xüsusi diqqət mərkəzindədsir



Məlum olduğu kimi, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi ölkə rəhbərliyi tərəfindən prioritet məsələlərdən biri kimi qeyd olunub. Bu baxımdan Tərtərdə də xüsusilə orta və kiçik sahibkarlığın inkişaf etdirilməsi rayon rəhbərliyi tərəfindən daima diqqət mərkəzində saxlanılır. Rayondakı mənbələrdən əldə etdiyimiz məlumatlarda da təsdiq olunur ki, icra başçısı tərəfindən sahibkarlığın inkişafı üçün zəruri olan bütün addımlarvaxtında atılır. Bununla bağlı, RİH başçısının təşəbbüsü ilə hətta xüsusi nəzarət tədbirləri də həyata keçirilir, yerli sahibkarlara, iş adamlarına hər cür dəstək verilir. Onların fəaliyyətinə mane ola biləcək bütün bürokratik əngəllər operativ olaraq aradan qaldırılır. Həmçinin RİH rəhbərliyi tərəfindən mütəmadi olaraq əhali ilə görüşlər keçirilir, onların problemləri dinlənilir və həmin problemlərin aradan qaldırılması üçün təcili və effektiv tədbirlər görülür. Bütün bu tədbirlər nəticəsində təkcə bu ilin ilk doqquz ayı ərzində rayon üzrə kənd təsərrüfatı məhsullarının istehsalının ümumi həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq, 52 milyon 117,5 min manat təşkil edib. Onun 32 min 457,2 min manatı bitkiçilik, 19 min 660,3 manatı heyvandarlıq sahəsinin payına düşür.

Əkinçilik və heyvandarlıq təsərrüfatları qayğı ilə əhatə olunub




Məlum olduğu kimi, Tərtər camaatının əsas məşğulluq sahələri əkinçilik və heyvandarlıqdır ki, bu sahələrdə də son vaxtlar Müstəqim Məmmədovun rəhbərliyi altında bir sıra yeniliklər uğurla tətbiq olunub və nəticədə yüksək naliyyətlər əldə edilib.Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 26 min 34 hektar sahədə kənd təsərrüfatı bitkiləri əkilib. Onun 9843 hektarı dənli və dənli paxlalı bitkilər, 6316 hektarı texniki bitkilər, 1581 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 8294 hektarı yem bitkiləridir. Texniki bitkilərin əkini əvvəlki ilə nisbətən 2 dəfə artıb. Belə ki, 3123 hektar sahədə pambıq, 1541 hektar sahədə şəkər çuğunduru, 1637,4 hektar sahədə günəbaxan əkilib. 2016-cı ilə nisbətən pambıq əkini 3 dəfə, şəkər çuğunduru əkini 29,8 faiz, günəbaxan əkini 78.4 faiz çoxdur. 34 min 579,6 ton taxıl, 1386 ton dən üçün qarğıdalı, 3830 ton dən üçün günəbaxan, 5459 ton kartof, 13 min 987 ton müxtəlif növ tərəvəz, 120 ton bostan bitkiləri, 83,7 ton darı, 45,1 ton lobya, 17,2 ton noxud, 2,5 ton qarabaşaq, 1624 ton meyvə, həmçinin 4,6 ton barama tədarükedilib. Həmçinin bu gün Tərtərdə heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqəmətində də işlər uğurla davam etdirilir. Belə ki, cari ilin ilk doqquz ayı ərzində Aqrolizinq yolu ilə rayona 265 baş cins mal gətirilib. 894 inək və düyə süni yolla mayalandırılıb, 282 baş sağlam bala alınıb.

Abadlıq-quruculuq işləri də sürətlənir



“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Tərtər rayonunda aparılan tikinti-abadlıq və quruculuq işləri də 2017-ci ildə uğurla davam etdirilib. İlin doqquz ayında 97 milyon 568,8 min manatlıq tikinti-quraşdırma işləri aparılıb, 9 milyon 153,2 min manat dəyərində əsas fondlar istifadəyə verilib. Həmin dövr ərzində Tərtər şəhərinin prospekt və küçələrinə 8,6 kilometr asfalt-beton örtük salınıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən Tərtər şəhərində çoxmənzilli yaşayış binalarının təmiri həyata keçirilib. Ekoloji tarazlığın qorunması məqsədilə yol kənarlarına və rayonun yaşayış məntəqələrində 26 mindən çox müxtəlif növ ağaclar və 6 mindən çox gül kolları əkilib. Hazırda Tərtər çayı sahilində 5 hektar ərazidə yeni park salınır. 1176 məcburi köçkün ailəsi üçün yaşayış məhəlləsinin inşası başa çatmaq üzrədir. Tərtər-Seydimli-Qaradağlı-Sarov avtomobil yolunun tikintisi davam etdirilir. Şəhər 6 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəbləri əsaslı təmir olunub, Poladlı əsas və Bayandur ibtidai məktəblərində Təhsil Nazirliyi tərəfindən yeni modul tipli məktəb binaları tikilir.




Sonda bir məqamı da xüsusi olaraq qeyd etmək istərdik ki, Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Tərtər rayonunun 11 kəndində icra olunan layihələr bir neçə gün öncə uğurla yekunlaşıb. Layihələrin yekunlaşmasına və kəndlərə içməli suyun verilməsinə həsr olunmuş tədbir dekabr ayının 13-də İsmayılbəyli kəndində keçirilib.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qeyd edib ki, cəbhə bölgəsi olan Tərtər rayonunun problemləri həmişə respublika Prezidentinin diqqət mərkəzində olub. Bu diqqət və qayğının nəticəsidir ki, Tərtər rayonu işıq, qaz, içməli su ilə fasiləsiz təmin edilir.
Heç şübhəsiz Tərtərrayonunun həm əhalisi, həm də rəhbərliyi əldə olunmuş nailiyyətləri bundan sonra daha da yüksəltmək üçün bütün resurs və potensiallarını hər zaman səfərbər edəcəklər.

aia.az

Həsən Əliyev



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə