Mobil versiya
Gülruh Nəcəfova ilk dəfə əməliyyatdan sonra kimin üçün "Luna & Sole"ya gəldi?- FOTO+ VİDEO
Tarix: 19-12-2017 | Saat: 12:40
Bölmə:Aia TV | çapa göndər





aia.az xəbər verir ki, qlamur vizajist Aygün Ayxanlı ən tanınmış simalarının əhatəsində yeni "Luna & Sole" gözəllik studiyasının açılış mərasimi baş tutub.

Səbəbkarın mətbuat xidmətinin yaydığı məlumata görə, tədbirə əməkdar artistləri - Elza Seyidcahan, Lalə Məmmədova, istedadlı maqazin jurnalisti və PR meneceri Elton Hacıyev, estrada ulduzları - Türkan Heydərova, Sevda Əliqızı, Şəbnəm Qəhrəmanova, "Bu mənəm-2" layihəsinin iştirakçısı Nuray Rəhman, jurnalist Zümrüd Məcidova, peşəkar saç və makyaj ustası Cəvahir Hadi, fotoqraf Yusif Şıxıyev, bloqer jurnalist Rəhimə Əsgərova, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı model və aktrisa Leyla Hümmətova və başqaları təşrif buyurublar.

Məşhurların iştirakı ilə yaddaqalan Aygünün məclisinə aparıcılıq etməyi tanınmış prodüser və "Lider maqazin" proqramının aparıcısı Humay Muxtarova öz üzərinə götürüb.

Aygünün rəfiqəsi Sahibənin gətirdiyi “Ay& Gün tortu” az marağa səbəb olmadı. Şirniyata bəzək verən Ay&Gün heykəlciyi əksər qonaqlar həm görünüşü, həm də dadı ilə heyrət qoydu.

"Luna & Sole" gözəllik studiyasının açılış mərasiminə özəl olaraq ötən həftə mədə kiçiltmə əməliyyatdan sonra təşrif buyuran instagramın fenomeni Gülruh Nəcəfova qonaqlar qarşısında çıxış edərək Aygün Ayxanlı barəsində bunları dedi:

" Cəmi necə gündür "Luna & Sole" açılsa da, yetərincə xanımları marağına səbəb olub. Demək, çəkdiyi zəhmət boşuna getmədi. Onu da vurğulayım ki, Aygünlə yaradıcı işbirliyimiz var. Sürprizlərə hazır olun".

Məkanın açılışında “A.H.Parfum” mağazalar şəbəkəsi tərəfindən iştirak edən bütün qonaqlara hədiyyələr təqdim olundu. Vizajistin xoş gününə yığışan məşhurların gecədə xeyli əylənməsi diqqətlərdən yayınmayıb.

aia.az










Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-12-2024