Mobil versiya
Astara sakini narkotiklə tutulub
Tarix: 16-12-2017 | Saat: 11:01
Bölmə:Cəmiyyət | çapa göndər

Astara sakini narkotiklə tutulub



Külli miqdarda narkovasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Zaur Hüseynov saxlanılıb. Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən evdə gizlədilmiş 2 bükümdə narkovasitə aşkar olunaraq götürülüb.

Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 1 kiloqram 935 qram tiryək olması barədə rəy verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024