Mobil versiya
Azərbaycan FHN: Biz bilmirik bu pinqvin hardadır
Tarix: 18-06-2015 | Saat: 19:51
Bölmə:Şou-biznes / Manşet / Karusel | çapa göndər


“Tədbir görə bilmərik”.

Xəbər verdiyimiz kimi, Tbilisi zooparkının mütəxəssisləri Afrika pinqvinini tapmağa nail olmayıblar. Məlumata əsasən pinqvin Tbilisidə baş verən daşqından sonra üzərək Azərbaycan sərhədinə qədər gəlib çatıb.

“Bizim əməkdaşlarımız ora yollanıblar, bütün ərazini nəzərdən keçiriblər, amma təəssüf ki, pinqvini tapmaq mümkün olmayıb”, - zooparkdan bildiriblər.

Dünən zooparkın administrasiyasından bildiriblər ki, Qırmızı körpü (Gürcüstan-Azərbaycan sərhəddi) yaxınlığında çayda Tbilisidə daşqın zamanı zooparkdan qaçan Afrika pinqvini görülüb. Bir qrup mütəxəssis onu Tbilisiyə gətirmək üçün operativ şəkildə hadisə yerinə gəlib.

Aia.az xəbər verir ki, Azərbaycan FHN-nin mətbuat xidmətindən məsələ ilə bağlı RİA Novosti-yə bildiriblər ki, pinqvinin olduğu yer barədə məlumatları yoxdur.

“Bizdə bu Tbilisi zooparkından qaçmış pinqvinin Azərbaycan sularında olub-olmadığı barədə məlumat yoxdur. Buna görə də, hələlik heç bir tədbir görə bilmərik”, - deyə, FHN-nin mətbuat xidmətindən bildiriblər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024