Mobil versiya
Bacı bacını ölümcül döydü - Ağstafada - YENİLƏNİB
Tarix: 10-11-2017 | Saat: 14:51
Bölmə:Karusel / Cəmiyyət | çapa göndər

Bacı bacını ölümcül döydü - Ağstafada - YENİLƏNİB


Ağstafada kafelərin birində dava olub.

aia.az ARB TV xəbər verir ki, rayonun Pirli kənd sakini, 25 yaşlı Teyyub Qurbanzadə ilə Eynallı kənd sakini, 30 yaşlı Rövşən Abdullayev arasında mübahisə düşüb.

Nəticədə onlar əlbəyaxa olublar və hər iki şəxs xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb.

Rayonun Həsənsu kəndində də döyülmə hadisəsi olub. Kənd sakini, 38 yaşlı Tükazban Əliyeva mübahisə zəminində bacısı tərəfindən döyülərək ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

-----------

10:55

Ağstafada qadın döyülərək ağır xəsarət alıb.

aia.az APA-ya istinadən xəbər verir ki, rayonun Həsənsu kənd sakini, 1979-cu il təvəllüdlü Əliyeva Tükəzban Firudin qızı müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. Qadın bacısı tərəfindən döyüldüyünü deyib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə