Nərimanov RİH başçısına qarşı təxribat xarakterli yazılar dərc olunur
Tarix: 01-11-2017 | Saat: 16:27
Bölmə:Ölkə / Seçilənlər-1 | çapa göndər
Saytımızın 19.10.2017-ci il tarixli sayında “Nərimanov rayonu – pilot layihələrin məkanı” sərlövhəli bir yazı dərc etmişdik. Məqalədə bu gün paytaxtın Nərimanov rayonunda gedən abadlıq və quruculuq işlərindən bəhs olunmuşdu. Məqsədimiz isə bu idi ki, hər zaman olduğu kimi, qabaqçıl təcrübələri, səmərəli fəaliyyəti ilə seçilən bir qurumun, yəni baxdığımız halda Nərimanov RİH-nin işini kütləvi informasiya vasitəsi olaraq işıqlandıraq və bu yolla da həmin təcrübənin digərləri üçün də bir örnək olmasına vasitəçilik edək.
Lakin son günlər bəzi saytlarda Nərimanov RİH başçısının və onun aparatının bəzi rəhbər vəzifəli işçilərinin adları hallandırılmaqla qərəzli yazıların dərc olunması diqqətimizi cəlb etmiş oldu. Əlbəttə, bir çox icra başçıları və ya onların müavinləri barəsində mətbuatda, internet səhifələrində əsaslı-əsassız tənqidi materialların dərc olunması nə yenilik deyil, nə də bunda təəccüb doğuracaq bir hal yoxdur. Amma məxsusi olaraq Nərimanov RİH-nin başçısı Abdin Fərzəliyev və onun müavini Şahmar İbadov barədə son günlər yazılanları oxuduqca, insanı həqiqətən də bir qəribəlik, bir gizli məqsədin olması hissi bürüyür. Məsələ bundadır ki, “ənənəvi” tənqidi iddialarla yanaşı, həmin yazılarda icra aparatı daxilində bir inamsızlıq, bir qarşıdurma yaratmaq cəhdləri də aydın sezilir. Sanki müəyyən qüvvələr dövlətin səlahiyyətli icra orqanlarından birinin fəaliyyətini əngəlləmək, bəlkə də iflic vəziyyətinə gətirə bilmək üçün ciddi səy göstərirlər. Məhz bunun üçün də ardıcıl olaraq, amma müxtəlif saytlarda dərc olunan yazılardan birində başçının müavinlə “əlbir olaraq yeyintiyə yol verdiyi” iddia olunursa, digər yazıda artıq bu iki dövlət məmurundan biri müsbət, digəri mənfi “obraz” kimi təqdim edilir. Yaxud bir yazıda göstərilir ki, müavin başçının xəbəri olmadan rayonda qanunsuz işlər görür, digər müəllif isə sübuta yetirməyə çalışır ki, guya rayonda gedən quruculuq işlərini həyata keçirən əsas şəxs məhz elə müavindir, başçı isə bu işlərdə ona mane olur.
Əvvəla birdəfəlik olaraq belə bir həqiqəti dərk etmək lazımdır ki, bu gün Azərbaycanın bütün ərazisində aparılan abadlıq-quruculuq işləri birbaşa dövlət başçımızın verdiyi tapşırıq və göstərişlərin əsasında həyata keçirilir. Rayon icra hakimiyyətləri isə, adlarından da göründüyü kimi, yalnız icraedici qurumlardır. Hər hansı bir rayonda abadlıq və quruculuq işləri daha böyük vüsətlə, daha yüksək dinamika ilə həyata keçirilirsə, bu da həmin rayonun rəhbərliyinin öz vəzifə borclarının icrasına vicdanla və daha artıq məsuliyyətlə yanaşmasından xəbər verir. Əlbəttə, belələrinin vəzifədə, iş başında olması müəyyən qüvvələri narahat edə bilər.
Həmin qüvvələr üçün icra başçılarının fəaliyyətsizliyi, “ən yaxşı” halda isə, hətta dağıdıcı fəaliyyətləri daha məqsədəuyğun hesab olunur. Çünki belə olduğu halda sakinlərdə də narazılıq yaranar və bu da hər zaman dövlətçiliyimizə qarşı olan insanlar üçün arzuolunan bir haldır. Bütün bunlara yol verməmək üçün isə, kütləvi informasiya vasitələri öz səhifələrində dərc etdikləri yazıların mahiyyətinə, xüsusən də həmin yazıların sifarişçilərinin (əgər belələri varsa) kimliyinə və onların hansı məqsədlərə qulluq etmələrinə xüsusi diqqətlə yanaşmalıdırlar. Təsdiq olunmamış, həqiqətləri əks etdirməyən yazıları dərc etmək isə, indiyə kimi heç kəsə baş ucalığı gətirməyib.
P.S. Yeri gəlmişkən, dərc olunmuş yazılardan birində Nərimanov rayonunda Gözdən Əlillər Cəmiyyətinin rəhbərliyi tərəfindən bu təşkilata məxsus olan torpaq ərazisinin bir tikinti şirkətinə qeyri-qanuni olaraq satdığı bildirilir və bu əməldə RİH rəhbərliyinin də əli olduğu iddia olunur. Dərc olunmuş yazıya dəlil kimi verilmiş foto da isə, aydın şəkildə oxumaq olur ki, həmin ərazidə inşa olunacaq binanın sifarişçisi kimi Gözdən Əlillər Cəmiyyətinin özü çıxış edir. Belə olduğu halda, hansı torpaq satışından söhbət getdiyini anlamaq bir az çətin olur...
DOSTLAR, GƏLİN BİR AZ ƏDALƏTLİ OLAQ!
aia.az
Bəhram YAQUBOV
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024