Mobil versiya
Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb
Tarix: 01-11-2017 | Saat: 12:47
Bölmə:Manşet | çapa göndər

Leyla Şıxlinskaya barəsində cinayət işi başlanıb


Femida.az xəbər verir ki, xalq artisti Leyla Şıxlinskayanın fəaliyyəti ilə əlaqədar cinayət işi başlanıb.

Bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsiləcinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.

Cinayət işi aktrisanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının vergidən yayınması ilə bağlıdır. Klinikanın yayındırdığı verginin məbləğinin iki milyon manatdan çox olduğu bildirilir.

Qeyd edək ki, Leyla Şıxlinskayanın rəhbərlik etdiyi klinikanın yeddi əməkdaşı onun ifadəsi əsasında saxlanılıb. Məlumata görə, onlara mənimsəmə ittihamı verilib. Amma həmin şəxslər ittihamı qəbul etmirlər.
Əksinə, Leyla Şıxlinskayanın özünü ittiham edirlər. Elə həmin şəxslərlə bağlı araşdırmalar zamanı vergidən yayınma halları üzə çıxıb və Leyla Şıxlinskaya istintaqa cəlb olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024