Mobil versiya
Məmur oğlunun bahalı həyat tərzi: Nicat Məmmədovun İnstagram fotoları rekort qırır-FOTOLAR
Tarix: 25-10-2017 | Saat: 13:44
Bölmə:Karusel / Gündəm / Seçilənlər-6 | çapa göndər

Məmur oğlunun bahalı həyat tərzi: Nicat Məmmədovun İnstagram fotoları rekort qırır-FOTOLAR



Bərdənin icra başçısı müavini İlham Məmmədovun oğlu Nicat Məmmədov oliqarx həyatı yaşayır
“Monitor” xəbər verir ki, N.Məmmədov bahalı məclislər, ziyafətlər təşkil edərək məmur yox, milyonçu balası həyatı yaşayır.
Bərdə və ətraf rayonlarda bahalı restoranlarda dəbdəbəli məclislər quran, xoşbəxt həyat yaşayan başçı müavininin oğlu atasına arxayın olub.
Çünki dəfələrlə İ.Məmmədov övladının cinayətlərini ört-basdır edib və həbsdən xilas edib. Bu arxayınçılıq da onu təvazökarlıqdan kənara həyat yaşamağa gətirib çıxarıb.
İlham Məmmədovun övladları Nicat və Kənan münaqişə zəminində gənc bir şəxsi bıçaqla vurublar. Sonra hadisənin miqyasının böyük olacağını hesablayıb dərhal xəstəxanaya çatdırıblar.
Nicat və Kənan İsmayıllıdakı məlum iğtişaşların Bərdədə baş verəcəyindən qorxaraq dərhal bıçaqladıqları şəxsi xəstəxanaya çatdırıb. İcra başçısının müavininin övladları ilk dəfə deyil ki, neqativ insidentlə gündəmə gəlir.
Belə ki, bundan qabaq da İsmayıllı olaylarına bənzər təhlükə yaranıb. İ.Məmmədovun uşaqları yol qəzası törədib və rayonda əhalinin qəzəbinə səbəb olublar.
Lakin o zaman yol qəzası törətdilər gizlədildi. Bu dəfə isə hər ikisi birləşərək Bərdədə gənc oğlanı bıçaqlayıblar.
Başçı müavinin uşaqları bir müddət bundan əvvəl Bərdənin dəmiryolu vağzalına yaxın ərazidə Əli adlı şəxsi bıçaqlayaraq ona ağır bədən xəsarəti yetiriblər. Amma icra başçısının müavini uşaqlarını hər dəfəsində həbsdən xilas edib.
Bərdə RİH-də müavin vəzifəsini daşıyan İ.Məmmədovun övladları prezidentin xəbərdarlıqlarına qarşı gələrək harınlıq edir, bahalı avtomobillərdə gəzir, gününü kef-damaqda, əyləncələrdə, bahalı restoranlarda və çay evlərində keçirir.
İ.Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək övladlarının növbəti əməlini ört-basdır etməsi Bərdədə xof mühti yaradıb. Əli kimi başqaları da qorxur ki, bu ailə istədiyini edə bilər, onlara batmaq olmaz, yaxşısı susmaqdır.
İcra başçısı müavini qurduğu biznes və büdcə yeyintiləri hesabına varlanıb və oğlu Nicat Məmmədova şərait yaradıb ki, Bərdədə “meydan sulasın”.
Ölkə rəhbəri cənab İlham Əliyevin 12 fevral 2013-cü il tarixdə Bakı Biznes Mərkəzində keçirilən “2009-2013-cü illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramı”nın icrası ilə bağlı keçirilən konfransdakı çıxışında demişdi:
“Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər, insanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər güvəndiyi adamları mən təyin etmişəm vəzifəyə.
Mən də çıxardacağam, lazım bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq.
Bəzi hallarda məmurlar vətəndaşlara yuxarıdan aşağı baxırlar. Onları saymırlar, onları təhqir edirlər, qudurğanlıq edirlər. Bütün bunlar var. Onlar aradan götürülməlidir”







http://qafqazxeber.az/wp-content/uploads/2017/10/22-1-169x300.png



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-11-2024