Mobil versiya
Uşaqlar üçün robot-pişik hazırlanıb
Tarix: 23-10-2017 | Saat: 16:45
Bölmə:Media | çapa göndər

Uşaqlar üçün robot-pişik hazırlanıb


Rusiyanın Soçi şəhərində keçirilən XIX Beynəlxalq Gənclər və Tələbələr Festivalında gənc auditoriyanı maraqlandırmaq, proqramlaşdırma və robot texnikasına marağı cəlb etmək məqsədilə uşaqları öyrətmək bacarığı olan robot-pişik təqdim edilib.

AZƏRTAC "Hi-News” resursuna istinadən xəbər verir ki, robot gənc istifadəçi tərəfindən proqramlaşdırılan çoxsaylı sensorlarla təchiz olunub. Yeni qurğu səs ötürücülərinə, eləcə də robotun ayrı-ayrı hissələrinin hərəkətini təmin edən çoxlu mexaniki elementlərə malikdir.
Məlumata görə, robota komandaları hazırkı mövcud proqramlaşdırma dilləri və ya proqramlaşdırma haqqında məlumatı olmayanlar üçün işi sadələşdirən xüsusi proqram vasitəsilə vermək mümkündür.

Layihə müəllifi Maksim Mosalskinin sözlərinə görə, robot uşaqlar üçün informatika, riyaziyyat, musiqi və biologiya kimi fənlərin öyrənilməsində yardım məqsədilə yaradılan ilk Belarus texnologiyasıdır.

"8-14 yaşlı uşaqlar üçün nəzərdə tutulan qurğuda işi təmin edən çoxlu sensorlar quraşdırılıb. Biz Belarus müəllimləri ilə birlikdə robotun təhsil müəssisələrində tətbiqi üçün tam kursun hazırlanması ilə məşğuluq”, - deyə layihə müəllifi bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024