Mobil versiya
Azərbaycanda yeni şəlalə aşkarlandı
Tarix: 20-10-2017, 19:05 | Saat: 15:47:00
Bölmə:Maraqlı / Manşet2 | çapa göndər

Azərbaycanda yeni şəlalə aşkarlandı


Həvəskar coğrafiyaçı-araşdırmaçı Cəlaləddin Qasımov Tovuz rayonunda yeni şəlalə aşkarlayıb.

aia.az Trend-ə istinadən bildirir ki, institutun Elmi Şurasının iclasında C.Qasımov Tovuz rayonunda aşkarladığı şəlalə haqqında təqdimatla çıxış edib.

Məruzəçi son illər apardığı könüllü tədqiqat işləri nəticəsində aşkara çıxardığı qədim yaşayış məskənləri, tarixi abidələr haqqında iclas iştirakçılarına məlumat verib.

C.Qasımov son iki ildə Tovuz rayonunda 6 kəndi əhatə edən 200 metrlik ərazidə səkkiz şəlalə aşkar etdiyini diqqətə çatdıraraq qeyd edib ki, onlardan ən hündürü 35-40 m, ən kiçiyi isə 10 metrdən tökülür.

Həvəskar tədqiqatçının sonuncu aşkar etdiyi və "Soltan" adlandırdığı şəlalə sıldırım qayalıqlarla əhatələnən dərin dərəyə töküldüyü üçün bura indiyə qədər insan ayağının dəymədiyi güman olunur. C.Qasımovun sözlərinə görə, o, buraya hündür dağların arası ilə 20 km. keçilməz yolları dəf etdikdən sonra çatıb.

Coğrafiyaçıların böyük marağına səbəb olan məlumatlar gələcək tədqiqatlar üçün mənbə rolunu oynayacaq.

Qərara alınıb ki, ərazini daha dərindən tədqiq etmək məqsədi ilə Coğrafiya İnstitutunun alimlərindən ibarət bir qrup qısa müddətdə Tovuz rayonuna ezam edilsin.

aia.az



5374 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

17-10-2019
16-10-2019
«    Октябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031