“Az-Granata” – ənənə və yeni texnologiyaların sintez olunduğu məkan
Tarix: 13-10-2017 | Saat: 13:20
Bölmə:Manşet / İqtisadiyyat / Seçilənlər-7 | çapa göndər
Məlum olduğu kimi, bu gün Azərbaycandövlətinin və şəxsən ölkə prezidenti cənab İlham Əliyevin uğurla vəməqsədyönlü olaraq yürütdüyü daxili siyasət nəticəsində respublikamızda işgüzar mühitin formalaşması, iş adamlarının, sahibkarların fəallıqlarının yüksəldilməsi təmin olunmuş və bu zəmində qeyri-neft sektorunun sürətli inkişafına, yoxsulluğun azaldılmasına son dərəcə əlverişli şərait yaradılmışdır. O cümlədən, aqrar sektorun inkişafına yönələn dövlət siyasəti, bu sahədə biznes quran vətəndaşlara verilən xüsusi dövlət dəstəyi artıq öz yüksək nəticələrini verməkdədir. Bu isə, eyni zamanda həm əhalinin kənd təsərrüfatı sahəsində çalışan hissəsinin rifahlarının yüksəlməsi, həm də aqrar sektorla sıx əlaqədə olan yüngül sənaye və qida sənayesi kimi digər sahələrin də inkişafı deməkdir.
Əlbəttə ki, hər hansı bir sahənin inkişafından danışarkən, ən doğrusu söhbəti həmin sahədə fəaliyyət göstərən istehsal müəssisələri və ya onlardan birinin misalında aparmaqdır. Etiraf olunmalıdır ki, bu gün ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən müəssisələrin sayı həqiqətən də günbəgün artmaqdadır. Quşçuluq, ət və ət məhsullarının istehsalı, süd emalı, əkinçilik məhsullarının (meyvə-tərəvəz, çay, pambıq və sairə) tədarükü və emalı ilə məşğul olan müəssisələr artıq əksər bölgələrimizdə işsizlik probleminin aradan qaldırılması baxımından əsas həlledici amilə çevrilməkdədirlər.Biz də bu gün öz söhbətimizi nisbətən gənc olmasına baxmayaraq, artıq Azərbaycanda fəaliyyət göstərdiyi sahədə lider müəssisələrdən biri, bəlkə də birincisi olan “Az-Granata” MMC-nin fəaliyyəti ətrafında qurmaq niyyətindəyik.
“Az-Granata” MMC-nin əsas istehsalat müəssisəsi olan Ağsu şirə və şərab emalı zavodu 2011-ci ildə inşa olunmuşdur. Zavod 8.8 hektar ərazidə salınmışdır. Örtülü əsas sahəsi 20500 kvadratmetrdir. İstehsalat sahəsi 15000 kvadratmetr olan zavodun örtülü köməkçi sahəsi 5500 kvadratmetrdir. Zavod ətrafında 24000 kvadratmetr ərazi yaşıllaşdırılmışdır. Cənubi Qafqaz regionunda ən böyük meyvə şirəsi istehsalçılarından biridir. “Az-Granata” meyvə şirəsi, konsentrat və kompot ilə yanaşı, şərab və araq məhsulları da istehsal edir. Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. İllik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir. Zavod Almaniya, İsveçrə, İtalya, Bolqarıstan və Fransa istehsalı avadanlıqlarla təchiz olunub. Müəssisənin tərkibindəki analiz labaratoriyasında məhsulun kimyəvi və mikrobioloji, dad, ləzzət, aroma, görüntü və satışa uyğunluğu üçün lazım olan bütün təhlillər aparılaraq məhsulun gigiyenik standartlara uyğunluğu təmin olunur...
“Az-Granata”nın fəaliyyətindən danışarkən həmçinin belə bir məqama da xüsusi olaraq toxunmaq lazımdır ki, bu müəssisə özünün böyük istehsal həcmləri sayəsində yerləşdiyi bölgədə, eləcə də qonşu rayonlarda kənd təsərrüfatının üzümçülük, arıçılıq, meyvə istehsalı kimi sahələrinin inkişafını da stimullaşdırır. Müəssisənin özünün hazırda400 hektara yaxın üzüm bağı, 400 hektar nar bağı, 14 hektar albalı bağı, 4 hektar tut bağı var. Lakin burada əldə olunan məhsullardan da əlavə əhalidən meyvə tədarükü görülür. Müəssisəyə təbii şirələr, kompot və mürəbbələrin istehsalı üçün tələb olunan meyvələr, o cümlədən böyürtkən, meşə zoğalı, göyəm kimi cır meyvələr də əhalidən tədarük olunur. Bundan başqa, “Az-Granata”da istehsal olunan "vodka"ların tərkibinə bir il ərzində 20 tona yaxın təbii bal vurulur. Bu məqsədlə də ətrafdakı bütün rayonların əhalisindən bal qəbul edilir. Bütün bunlar isə, əhalinin daimi işlə təminatı deməkdir. Təsəvvür edin ki, əgər min nəfər “Az-Granata”da rəsmi işləyirsə, əlavə 2 yüz arıçı da öz məhsulunu bu müəssisəyə satmaqla gəlir əldə edir. Əlavə 200-300 nəfər də “Az-Granata”ya meyvə yığıb təhvil verməklə qazanc əldə edir. Müəssisə daxilində min nəfərə maaş verilirsə, elə o qədərinə də əməkdaşlıq etməklə maaş verilir. Başqa sözlə desək, bir istehsal müəssisəsi olaraq, “Az-Granata” MMC bu gün iki min ailəni stabil gəlirlə təmin edir. Lakin bütün bunlarla yanaşı “Az-Granata”nın məxsusi olaraq üzümçülüyün inkişafına verdiyi tövhələr daha önəmli kimi qeyd oluna bilər. Belə ki, “Az-Granata” MMC məhz Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görüb.Müəssisənin bu rayonda üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlanıb. Hazırda üzüm bağlarının ümumi sahəsi 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır.
Şamaxı rayon ərazisinin dəniz səviyyəsindən yüksəklikdə yerləşməsi, illik yağıntıların miqdarı, temperatur göstəriciləri və bu yerlərdə torpağın xüsusiyyətləri Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərinin yetişdirilməsini mümkün edir. Bu məqsədlə də ölkəmizə Fransa, Türkiyə və Gürcüstandan yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar lazımi aqrotexniki qaydada əkilib. Əkin və becərmə işləri aparmaq üçün xüsusi texnika da alınıb. Bütün bu amillər ixrac qabiliyyətli yüksək keyfiyyətli məhsul istehsalına təminat verir. Texniki növlərdən “Şardane”, “Cabarne”, “Cabarne Frans”, süfrə növlərindən “Prima”, “Cardinal”, “Sultaniye”, “Alfonz Lavalle”, “Danuta” və s. kimi növləri misal göstərmək olar. 2016-2017-ci məhsul ilində “Superrior Seedeless”, “Crimson Seedles”, “Red Globe” kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan “Mədrəsə” kimi yerli növlər də bağda yetişdirilərək məhsul istehsalı ildən-ilə artırılır. Cari ildə texniki üzümün hektar üzrə məhsuldarlığı 7-8 ton, süfrə üzümünün məhsuldarlığı isə 15 ton olub. Növbəti ilə hədəf texniki üzümdə 10-11 ton, süfrə üzümündə isə 17-18 tondur. Hazırda “Az-Granata” MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır...
Qeyd edək ki, “Az-Granata”nın süfrə üzüm növləri yetişdirilən bağlardan əldə olunan məhsullar Bakının “Meyvəli” ticarət mərkəzində və 8-ci Kilometr bazarında topdansatış qaydada satılır. Bu isə, il ərzində təxminən 1000 tona yaxın məhsul deməkdir. Əlbəttə bu, istehlak bazarında məhsul bolluğuna və qiymətin tənzimlənməsinə müəyyən qədər təsir göstərə biləcək bir rəqəmdir. Lakin, istənilən halda “Az-Granata”nın şöhrəti birbaşa müəssisənin zavodunda istehsal olunan yüksək keyfiyyətli əmtəə məhsullarının, yəni təbii meyvə şirələri, konsentrat və kompotların, eləcə də “vodka” və şərab məhsullarının satışı sayəsində əldə olunmuşdur. Həmçinin qeyd olunmalıdır ki, “Az-Granata”nın təbii nar şirələri bu məhsullar arasında xüsusi yer tutur. Təsadüfi deyil ki, müəssisənin nar məhsullarına Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən orqanik seritifikat təqdim olunub.“Az-Granata”nın hazırda dünyanın 30-ə qədər ölkəsinəixrac edilən məhsulları arasında da təbii nar şirələri üstünlük təşkil edir. Əlbəttə ki, bu yüksək göstəricilər də ilk növbədə “Az-Granata”da xammal kimi bu məqsədlər üçün məxsusi salınmış nar bağlarında yetişdirilən məhsuldan istifadə olunması sayəsində əldə edilir.
“Az-Granata” MMC tərəfindən 2006-cı ildən Ağsu rayon Hacıqədirli və Qaravəlli kəndlərinin ərazisində yeni nar bağlarının salınmasına başlanmışdır.Həmin ərazilərdə 2006 – 2007-ci illərdə 90 hektar, 2008-ci ildə 15 hektar, 2009 – 2010-cu illərdə 225 hektar, 2015 ci ildə isə, 345 hektar sahədə yerli nar sortlarından ibarət nar plantasiyaları salınmışdır. Bağların salınması zamanı Azərbaycan Gülöyşəsi, Çəhrayı Gülöyşə, Qırmızıqabıq, Nazikqabıq, Bala Mürsəl və Qırmızı mələz sortlarından istifadə edilmişdir. Hazırda “Az-Granata”nın meyvə bağlarında 100-dən artıq işçi çalışır...
Bu gün “Az-Granata” MMC-nin Almaniyada böyük bir bazasıyerləşir ki, onun vasitəsi ilə də müəssisənin məhsulları bir çox Avropa ölkələrinin bazarlarına paylanılır. Bundan başqa, müəssisənin məhsulları Amerika Birləşmiş Ştatları, Kanada və Yaxın Şərq ölkələrinə də ixrac edilir. Son vaxtlar isə, ixrac məhsulları sırasında “Az-Granata”da istehsal olunan alkoqollu içkilərin də xüsusi çəkisi sürətlə artmaqdadır. Heç şübhəsiz, bu da həmin məhsulların, xüsusilə də “vodka”ların yüksək keyfiyyətə malik olması ilə bağlıdır. Maraqlı bir faktı qeyd edək ki, dünyada ilk dəfə olaraq məhz “Az-Granata”da keçi südündən istifadə etməklə zəhərli maddələri “vodka”dan çıxarmaq üsulu tətbiq olunub. Bu texnologiya dünyada yeganə olaraq “Az-Granata”ya məxsusdur. Bəzi müəssisələrdə südlə emal olsa da, bu proses quru, yağsız südlə aparılır.Bu isə, quru süd denaturasiyaya uğradığına görə,yekun məhsulun keyfiyyət göstəricilərini xeyli aşağı salır. Keçi südü isə, təmizləyici xüsusiyyətlərini saxlayaraq, məhsulun keyfiyyətini də bir qədər yüksəldir. Həmçinin “Az-Granata”da istehsal olunan “vodka”lara təbii bal da əlavə olunur ki, bu da içkinin tərkibində olan zərərli maddələri maksimum dərəcədə neytrallaşdırır. Ölkənin ən gənc müəssisəsi olmağına baxmayaraq, “Az-Granata” artıq 6 ildir ki, istehsalatda yeni texnologiyalar tətbiq etməyi, elmi yeniliklər gətirməyi ilə məşhurdur...
Ümid edirik ki, növbəti saylarımızdan birində “Az-Granata”da istehsal olunan müxtəlif şərab növləri, onların hazırlanma texnologiyaları və Azərbaycan şərabının dünya bazarlarına çıxışı baxımından mövcud perspektivlər barədə sizlərə xüsusi hazırlanmış reportaj təqdim edə biləcəyik.
Orxan Şirinov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
14-11-2024