Mobil versiya
Çingiz Qənizadə Qalib Salahzadəni bağışladı
Tarix: 12-10-2017 | Saat: 11:48
Bölmə:Siyasət / Karusel | çapa göndər

Çingiz Qənizadə Qalib Salahzadəni bağışladı


Bu gün millət vəkili Çingiz Qənizadə keçmiş deputat, şeyxülislam Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb.

Bunu Çingiz Qənizadə Modern.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Qalib Salahzadə ilə bağlı məhkəməyə müraciət etdikdən sonra qarşı tərəf mətbuatda onun barəsində işlətdiyi sözlərdən imtina edib və buna görə də Sabunçu Rayon Məhkəməsindən şikayətini geri götürmək barədə qərar verib.

Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət etmişdi.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-11-2024