Ana Sayfa > Siyasət / Karusel > Çingiz Qənizadə Qalib Salahzadəni bağışladı
Çingiz Qənizadə Qalib Salahzadəni bağışladı12-10-2017, 11:48. Yazar: admin |
Bu gün millət vəkili Çingiz Qənizadə keçmiş deputat, şeyxülislam Allahşükür Paşazadənin qudası hacı Qalib Salahzadəyə qarşı xüsusi ittiham qaydasında şikayətini geri götürüb. Bunu Çingiz Qənizadə Modern.az-a açıqlamasında deyib. Deputat bildirib ki, Qalib Salahzadə ilə bağlı məhkəməyə müraciət etdikdən sonra qarşı tərəf mətbuatda onun barəsində işlətdiyi sözlərdən imtina edib və buna görə də Sabunçu Rayon Məhkəməsindən şikayətini geri götürmək barədə qərar verib. Qeyd edək ki, Ç. Qənizadə Qalib Salahzadənin Cinayət Məcəlləsinin 147.1 (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma) maddəsi ilə ittiham olunması üçün məhkəməyə müraciət etmişdi. aia.az Geri dön |