Mobil versiya
FETÖ-nün Azərbaycandakı daha bir odamı həbs olundu
Tarix: 06-10-2017 | Saat: 20:56
Bölmə:Manşet | çapa göndər

FETÖ-nün Azərbaycandakı daha bir odamı həbs olundu




Fətullahçı Terror Təşkilatının (FETÖ) Azərbaycanda yayılmasında önəmli rol oynadığı üzə çıxan F.Y. saxlanılıb.

aia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, sözügedən şəxs Türkiyəyə giriş edərkən tutulub. Sərhəddə saxlanılan F.Y. qonşu ölkənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sözügedən şəxs Ankara Polis İdarəsinin terrorla mübarizə şöbəsinə təslim edilib.

Yenicag.az-ın özəl qaynaqlardan əldə etdiyi məlumata görə, yaxalanan şəxs Azərbaycanda fəaliyyət göstərən “Yıldız Elektrik” Şirkətinin sahibi Faruk Yıldızdır. Uzun illər Azərbaycanda FETÖ şəbəkəsinin aktiv üzvlərindən olan Faruk Yıldızla bərabər Azərbaycanda fəaliyyət göstərən bir çox fətullahçı iş adamı da Türkiyə tərəfindən axtarışa verilib

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024