Mobil versiya
Kim Çen Inın sirli xanımının gizli həyatı
Tarix: 03-10-2017 | Saat: 18:11
Bölmə:Media / Aia TV | çapa göndər

Kim Çen Inın sirli xanımının gizli həyatı



Dünyanın ən qapalı və sirli ölkəsi olan Şimali Koreyanın lideri Kim Çen Inın həyat yoldaşı Ri Sol Ju haqda da çox az məlumat var

Publika.az xəbər verir ki, Ri Sol Ju 2012-ci ildən etibarən Kimin arvadı olaraq medianın gündəminə gəlməyə başlayıb.

Cənubi Koreya kəşfiyyatının məlumatına görə, 28 yaşlı Ri Sol Junun üç övladı var.

Gənc xanım nadir hallarda hansısa mərasimdə iştirak edib. Kim və Rinin dəqiq nə vaxt evləndikləri bilinmir. Bəzi qaynaqlara görə, onların nikahı 2009-cu ildə reallaşıb. Digər qaynaqlarda isə cütlüyün 2010-cu ildə bir klassik musiqi konsertində tanış olduğunu deyilir.

Ri Sol Junun Kimlə evlənməmişdən öncəki həyatı isə tamamilə qapalıdır.

Cənubi Koreya qaynaqlarına görə, Ri Çində musiqi təhsili alıb. Daha sonra 2005-ci ildə Şimali Koreyaya səfər edib.

Şimali Koreyanın birinci xanımı haqda digər məlumata görə, onun bahalı moda zövqü var. Mediada yayılan fotolarda da görünür ki, Şimali Koreya xalqı qıtlıq çəkdiyi halda, Kimin həyat yoldaşı lüks paltarlar geyinir.

Son məlumatlara görə, Ri üçüncü övladını bu ilin fevral ayında dünyaya gətirdiyi üçün heç bir yerə çıxmır.

Cənubi Koreya mediası Rinin əvvəlki iki övladının qız olduğunu iddia edir. Kim Çen In isə oğlunun olmasını istəyir.

AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024