Mobil versiya
İlham Əliyevə qızıl medal verildi
Tarix: 29-09-2017 | Saat: 18:42
Bölmə:Manşet / Karusel | çapa göndər

İlham Əliyevə qızıl medal verildi








Sentyabrın 29-da Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) yaranmasının 25 illik yubileyi münasibətilə təntənəli mərasim keçirilir.

Aia.az AzərTac-a istinadən xəbər verir ki, Azərbaycan dövlətinin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak edirlər.

Yubiley mərasiminin iştirakçıları Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı hərarətlə qarşılayıblar.

Dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

Daha sonra Avropa Olimpiya Komitəsinin icraçı prezidenti Janez Koçijançiç çıxış edib.

Janez Koçijançiç Azərbaycan Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə Avropa Olimpiya Komitələrinin xüsusi mükafatlarını təqdim edib.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edib.

Marius Vizer Beynəlxalq Cüdo Federasiyasının ən yüksək mükafatını - qızıl medalını Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024