Mobil versiya
Cahangir Hacıyev “karser”ə salınıb
Tarix: 29-09-2017 | Saat: 18:34
Bölmə:Karusel | çapa göndər

Cahangir Hacıyev “karser”ə salınıb







“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin keçmiş sədri Cahangir Hacıyev saxlanıldığı 13 saylı Cəzaçəkmə Müəssisəsində cərimə kamerasına salınıb.

Aia.az xəbər verir ki, bu barədə APA-ya onun vəkili Aqil Layıc məlumat verib.

Vəkil bildirib ki, C. Hacıyev iki gündür, cərimə kamerasında saxlanılır. A. Layıc bildirib ki, C. Hacıyev mətbuatda fikirləri yayıldıqdan sonra cəzalandırılıb.

Vəkil müvəkkili ilə görüşə bilmədiklərini, bununla bağlı lazimi qurumlara müraciət etdiklərini deyib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov açıqlamasında bildirib ki, hər hansı məhkum daxili nizam-intizam qaydalarını pozursa, cərimə kamerasına salına bilər.

M. Sadıqov bu cür məsələlərin xidmət tərəfindən şərh edilmədiyini bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024