Mobil versiya
91 yaşlı milyarderdən 30 yaşlı arvadına bir qəpik də qalmadı
Tarix: 28-09-2017 | Saat: 22:00
Bölmə:Media / Karusel | çapa göndər

91 yaşlı milyarderdən 30 yaşlı arvadına bir qəpik də qalmadı








Xəbər verdiyimiz kimi, məşhur “Playboy” jurnalının təsisçisi Hyu Hefner 91 yaşında Los-Ancelesdəki evində dünyasını dəyişib.

Aia.az-in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, belə məqamda milyarderin sərvətinin kimə qalacağına dair müzakirələr başlayıb.

Qeyd olunur ki, 43 milyon dollar sərvəti olan Hefnerin bütün pullarını övladları alacaq. Onun 3-cü həyat yoldaşı, 30 yaşlı Kristal Harris isə ərinin sərvətindən bir qəpik də ala bilməyəcək. Belə ki, “Playboy”un təsisçisi ilə Harris arasında nikah müqaviləsi imzalanıb və sənəddə bildirilir ki, Harrisə ərinin vəfatından sonra təmamilə heç nə qalmayacaq.

H. Hefnerin bütün sərvəti müxtəlif nikahlarından olan 4 uşağına qalıb. Eləcə də, pulların bir hissəsi Cənubi Kaliforniya Universitetinin və bir neçə xeyriyyə təşkilatının bank hesabına köçürüləcək.

Xatırladaq ki, Kristal Harris özündən 60 yaş böyük Hyu Henferlə 2012-ci ildə ailə qurub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024