Mobil versiya
“Poroşenko Saakaşvilini yaxşı tanımır...” - Şərh
Tarix: 11-09-2017 | Saat: 22:53
Bölmə:Karusel | çapa göndər

“Poroşenko Saakaşvilini yaxşı tanımır...” - Şərh







Siyasi şərhçi Elxan Şahinoğlu Odessanın sabiq qubernatoru Mixail Saakaşvilinin Ukraynaya qayıtmasını şərh edib.

O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Ukrayna prezidenti Pyotr Poroşenko oturduğu yerdə başına iş açdı: “Mixail Saakaşvili Odessa qubernatorluğundan uzaqlaşdırıldıqdan sonra Poroşenkoya müxalifətə keçdi və Kiyevdə hərəkat yaratdı. Ancaq Saaklaşvilinin və onun hərəkatının elə böyük reytinqi yox idi və Gürcüstanın keçmiş prezidenti gələcək parlament və prezident seçkisində kifayət qədər səs toplaya bilməyəcəkdi. Ukrayna Gürcüstan deyil ki, ukraynalılar başqa millətin nümayəndəsini prezidentliyə yolunu açsın. Poroşenko Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum etməklə bəlkə də düşündüyünün əksi ilə üzləşdi. Poroşenko düşünürdü ki, Saakaşvilini vətəndaşlıqdan məhrum etməklə onu Ukrayna siyasətindən siləcək və Saakaşvili Gürcüstana gedə bilmədiyi kimi Ukraynaya da geri qayıtmayacaq və Qərb ölkələrinin birində qərar tutaraq ömrünü pedaqoji fəaliyyətə həsr edəcək.

Ancaq görünür, Poroşenko Saakaşvilini yaxşı tanımırmış. Saakaşvili əsl siyasətçi kimi mübarizədən çəkinmədi, həbsdən qorxmayaraq Ukrayana geri qayıtdı və Poroşenkonun planlarını pozdu. Saakaşvili vəd etdiyi Ukrayna sərhəddini keçdi. Bu Poroşenkonun imicinə ciddi zərbə oldu”.

Ekspert qeyd edib ki, hazırda Poroşenko ciddi dilemma qarşısındadır: “Saakaşvilini sərbəst buraxsalar, o, Kiyevə gedərək Poroşenkonun əsas rəqibi Yuliya Timoşenko ilə siyasi blok formalaşdıracaq, həbsinə qərar versə, Ukraynada növbəti çalxalanma dövrü başlayacaq ki, nəticəsini əvvəlcədən kimsə proqnozlaşdıra bilməz. Bir sözlə, Saakaşvili Poroşenkonun planlarını pozdu. Poroşenko parlamentdəki son çıxışında özü də etiraf etdi ki, islahatlar yerində sayır. Saakaşviliyə də elə bu lazımdır. O, Ukraynada qaldığı hər gün Poroşenkonun siyasətini faktlarla sərt tənqid edəcək. Saakaşvilini əsas rəqibi daxili işlər naziri Arsen Avakov üçün də ağır günlər başlayır. Əgər o, Saakaşvilini neytrallaşdırmaq istəsə və ya ona qarşı hər hansı sui-qəsd hazırlasa, bu Avakova baha başa gələcək.

Mən Kiyevə səfərlərim zamanı müxtəlif batalyonlarda xidmət edən millətçi qrupların nümayəndələri ilə görüşüb onların Avakov barədə fikirlərini öyrənirdim. Onlara kiçik bəhanə lazımdır ki, Avakovu Ukrayna siyasətindən silsinlər”.

Günel Türksoy



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024