Mobil versiya
Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər
Tarix: 01-08-2017 | Saat: 20:47
Bölmə:Karusel | çapa göndər

Dövlət qulluğunda işləyənlər 5 ildən bir imtahan verəcəklər








Dövlət qulluğunda işləyən şəxslər hər 5 ildən bir yenidən imtahan verməli olacaqlar.
Aia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbulla bağlı imtahanda iştirak edərək işə qəbul olunan şəxslərə sertifikat verilir:

"Beş ildən sonra həmin sertifikatın hüquqi qüvvəsi itir. Buna görə də onlar yenidən imtahanda iştirak etməli olacaqlar".

M.Abbaszadə qeyd edib ki, DİM dövlət qulluğuna qəbul üçün elan etdiyi ilk daxili müsahibənin nəticələrini dövlət qulluğuna göndərib.

Onun sözlərinə görə, dövlət qulluğuna qəbul üçün bundan başqa ümumi müsahibə də elan edilib: "Ümumi müsahibədə dövlət qulluqçusu statusu olan və ehtiyat kadr bazasına daxil olan şəxslər iştirak edə bilərlər. Ümumi müsahibənin keçirilməsi üçün bizə 41 dövlət təşkilatı müraciət etmişdi. Artıq ümumi müsahibədə iştirak etmək istəyənlər üçün sənəd qəbuluna başlanılıb. Bu proses təxminən 20 gün aparılacaq. Daha sonra ümumi müsahibənin aparılma cədvəli elan olunacaq".

M.Abbaszadə əlavə edib ki, dövlət qulluğuna qəbul üçün oktyabrda yeni növ test imtahanının keçirilməsi nəzərdə tutulur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə