Mobil versiya
Deputatın restoranındakı qətllə bağlı - Şikayət geri götürüldü
Tarix: 31-07-2017, 22:38 | Saat: 15:47:00
Bölmə:Karusel | çapa göndər

Deputatın restoranındakı qətllə bağlı - Şikayət geri götürüldü








Millət vəkili Hüseynbala Mirələmovun qardaşı oğlu Rəşad Mirələmova qarşı xuliqanlıq etməkdə təqsirləndirilən dəstənin daha bir üzvü Elman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, E.Əhmədov R.Mirələmovun adam öldürdüyü “1001 gecə” restoranındakı hadisə ilə bağlı ittiham edilib.

Belə ki, R.Mirələmov həmin gün Lənkəran sakini Elman Əhmədovla həmin restoranda görüş təyin edib.

E.Əhmədov ora tanışları Ramal Bayramov, Səməd Mənsimov, Elnur Qasımov, Elmar Süleymanov, Mübariz Məmmədovla birlikdə gedib. Görüş zamanı E.Əhmədov deputatın qohumuna stəkan atıb, Ramal Bayramov isə taxta parçası ilə onu vurub və təpikləyərək döyüb. Bu zaman Rəşad Mirələmov “Makarov” tapançası ilə R.Bayramovu vuraraq öldürüb. R.Mirələmov ömürlük azadlıqdan məhrum edilib.

Ramal Bayramov mərhum avtoritet Rövşən Lənkəranskinin adamı kimi tanınıb.

R.Mirələmova qarşı xuliqanlıq hərəkətləri edən Əşrəf Qasımov, Elmar Süleymanov, Səməd Məsimov, Orxan Məlikov, Firdovsi Bağırov və Şahin Novruzovun hər biri 3 ildən 6 ilədək azadlıqdan məhrum edilib.

Elman Əhmədov isə həmin zaman qaçaraq istintaqdan yayındığı üçün axtarış verilib. Üç ildən sonra tutularaq məhkəmə önünə çıxarılıb. Səbail rayon məhkəməsi ona 6 ay cəza verib, prokurorluq hökmdən protest verərək cəzanın ağırlaşdırılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsi E.Əhmədovu 3 il müddətinə azadlıqdan məhrum edib. Bu dəfə isə müdafiə tərəfi cəzanın yüngülləşdirilməsi üçün kassasiya şikayəti verilib. Ali Məhkəmədə işə baxılarkən Elman Əhmədov müraciət edərək şikayətini geri götürdüyünü bildirib. Onun istəyi nəzərə alınıb.

Qeyd edək ki, “1001 gecə” istirahət mərkəzi deputat Hüseynbala Mirələmov və onun ailəsinə məxsus olub.

Murad Əhməd



5439 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

08-11-2019
07-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930