Mobil versiya
Toyuq dönəri ilə bağlı xəbərdarlıq
Tarix: 28-07-2017 | Saat: 10:00
Bölmə:Karusel | çapa göndər

Toyuq dönəri ilə bağlı xəbərdarlıq








Toyuq dönərinin satışı 10 ildən çoxdur ki, qadağan edilib. Qadağaya baxmayaraq toyuq dönəri satanların sayı ildən-ilə artır. Bu dönərdən istifadə etmək qida zəhərlənmələrinə də səbəb ola bilər.

Aia.az Xezerxeber.az-a istinadən bildirir ki, illərdir ki, toyuq dönəri qadağan edilsə də, buna əməl edən yoxdur. Paytaxt Bakıda toyuq dönəri satanların sayı artıb. Dönərçilər qadağadan xəbərsiz olduqlarını deyirlər. Onlar toyuq dönəri satmalarını müxtəlif cür izah ediblər.

Dönər satanlar israrla bu iş üçün müvafiq qurumlardan icazələrinin olduğunu bildirirlər. Amma icazə ilə bağlı sənədi istəyəndə cavab tapmaqda çətinlik çəkirlər.

Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov deyir ki, toyuq dönərinin satışı 2006-cı ildən qadağan edilib. 2015-ci ilə qədər mərkəz dönərxanaların fəaliyyətinə nəzarət edə bilirdi. Amma sahibkarlıq obyektlərində yoxlamalar dayandırıldığından işbazlar üçün əsl fürsət yaranıb.

Şöbə müdirinin sözlərinə görə isti havalarda məhz toyuq dönərindən qida zəhərlənməsi riski daha yüksəkdir.
Ona görə də sakinlər dönər alarkən diqqətli olmalıdırlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024