Mobil versiya
Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir
Tarix: 27-07-2017 | Saat: 13:54
Bölmə:Karusel | çapa göndər

Fabrikində partlayış olan deputat 1 milyonluq mənzillərini istəyir










Deputat İqbal Məmmədov 1 milyonluq mənzilləri üçün Xətai rayon Məhkəməsinə müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat iddia ərizəsində qeyd edib ki, 2008-ci ildə “STS” şirkətinə 654 min dollar ödəyərək F.Bayramov küçəsində yerləşən 24 mərtəbəli binadan 2-i üçotaqlı, 1-i dördotaqlı olmaqla 3 mənzil alıb. İ.Məmmədov əlavə edib ki, hətta 7940 dollar da borcu qalıb.

Onun pulu ödədiyi “STS” şirkətinin rəhbərliyi binanın tikintisini başa çatdıra bilməyib və həbs ediliblər. Sonradan isə “Sahil-D Company” şirkəti tikintini davam etdirib və mənzilləri satışa çıxarıb. Həmin 3 mənzili “Sahil-D Company” şirkəti Şakir Məmmədov, Sərdar Əliyev və Əliağa Məmmədova satıb. Adıçəkilən şəxslər hazırda həmin mənzillərdə yaşayırlar.

Deputat İqbal Məmmədov isə məhkəmədən tələb edir ki, onun “STS” şirkəti ilə bağladığı müqavilə “Sahil-D Company” şirkəti ilə bağlanmış hesab edilsin və mənzilllər boşaldılaraq ona qaytarılsın. Bu təqdirdə, qalan borcunu da ödəməyə hazır olduğunu bildirib.

Hakim Səadət Səlimova deputat İqbal Məmmədovun iddiasını rədd edib. Qərara görə, deputat pulunu “STS”dən tələb etməlidir. İ.Məmmədov narazı qalıb və qərardan apellyasiya şikayəti verib.
O, eyni zamanda Nərimanov rayon məhkəməsinə də müraciət edib. Adıçəkilən şirkətlərin hüquqi ünvanı bu rayondadır. Proses hakim Abbas Əliyevin icraatında avqustun 8-də başlayacaq.

Murad Əhməd



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-03-2024