Mobil versiya
Ev alacaq jurnalistlərin adları iyulun 21-də AÇIQLANACAQ
Tarix: 14-07-2017 | Saat: 16:45
Bölmə:Gündəm / Manşet | çapa göndər

Ev alacaq jurnalistlərin adları iyulun 21-də AÇIQLANACAQ


İyulun 21-də jurnalistlərin yeni binasının açılışı olacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin "Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.

O bildirib ki, mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq.
V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib:

"Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub. 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq".


AİA.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-11-2024