Ana Sayfa > Gündəm / Manşet > Ev alacaq jurnalistlərin adları iyulun 21-də AÇIQLANACAQ
Ev alacaq jurnalistlərin adları iyulun 21-də AÇIQLANACAQ14-07-2017, 16:45. Yazar: admin |
İyulun 21-də jurnalistlərin yeni binasının açılışı olacaq. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) və nazirliyin "Özünəməşğulluq-ailə biznesinə yiyələn” adlı jurnalistlər üçün elan etdiyi müsabiqənin mükafatlandırma mərasimində KİVDF-nin icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib. O bildirib ki, mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq. V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: "Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub. 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq". AİA.az Geri dön |