Mobil versiya
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
Tarix: 07-07-2017 | Saat: 12:36
Bölmə:Siyasət / Manşet | çapa göndər

BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır



BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib.

O, bütün tərəfləri istənilən hərbi fəaliyyətdən çəkinməyə və vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmağa çağırıb:
"Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc insanların həlak olması ilə nəticələnən zorakılıqla əlaqədar ATƏT-in Minsk qrupunun bəyanatını dəstəkləyirik".
S.Düjarrik bildirib ki, "həlli uzanmış və təhlükəli münaqişənin" yeganə həlli tezliklə danışıqlar masasına qayıtmaqdır.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024