Ana Sayfa > Siyasət / Manşet > BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır
BMT Dağlıq Qarabağda gərginliyin artmasından narahatdır7-07-2017, 12:36. Yazar: admin |
BMT-də Dağlıq Qarabağda gərginliyin artmasından narahatdırlar. Bunu brifinqdə BMT-nin mətbuat katibi Stefan Düjarrik bəyan edib. O, bütün tərəfləri istənilən hərbi fəaliyyətdən çəkinməyə və vəziyyətin deeskalasiyası və zorakılığın qarşısının alınması üzrə addımlar atmağa çağırıb: "Biz iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində dinc insanların həlak olması ilə nəticələnən zorakılıqla əlaqədar ATƏT-in Minsk qrupunun bəyanatını dəstəkləyirik". S.Düjarrik bildirib ki, "həlli uzanmış və təhlükəli münaqişənin" yeganə həlli tezliklə danışıqlar masasına qayıtmaqdır. Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb. Geri dön |